Türk Dövlətləri Təşkilatı tərəfindən yaradılan Türk Dünyası Ortaq Əlifba Komissiyası 34 hərfdən ibarət Ortaq Türk Əlifbası təklifi ilə bağlı razılığa gəlib.
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, Türk Dili Qurumunun sədri Prof. Dr. Osman Mert Türk əlifbasında dəyişim olub-olmayacağı ilə bağlı açıqlama verib.
Sentyabrın 9-11-də Bakıda Türk Akademiyası və Türk Dil Qurumu (TDK) ilə əməkdaşlıq çərçivəsində Türk Dünyası Birgə Əlifba Komissiyasının 3-cü iclası keçirilib.
Həmin iclas çərçivəsində 34 hərfdən ibarət Ortaq Türk Əlifbası təklifi ilə bağlı razılığa gəlinib.
Bəs bu razılıq Türk əlifbasına necə təsir edəcək?
TRT News-a danışan Osman Mert deyib:
"Türkiyə və Azərbaycanda mövcud əlifbada heç bir dəyişiklik olmayacaq. Digər ləhcələrlə ortaq olan 29 hərfdən istifadə etməyə davam edəcəyik. Bu mövzuda bəzi spekulyasiyalar olub. 34 hərfdən ibarət siyahı Qazaxıstan, Qırğızıstan və Özbəkistanın əlifbalarında mövcud olan hərflərin cəmidir. Hər ləhcə yalnız ehtiyac duyduğu hərfləri istifadə edəcək. 29 ortaq hərf olduğu kimi qalacaq".
Oksana