34 il həbsdə qaldıqdan sonra günahsız olduğu məlum oldu – Bu cinayətdə ittiham edilib

34 il həbsdə qaldıqdan sonra günahsız olduğu məlum oldu – Bu cinayətdə ittiham edilib
DÜNYA
10:46 17.03.2023
383
ABŞ-nin Florida ştatında silahlı soyğunçuluğa görə 400 il həbs cəzası alan Sidney Holms 34 illik cəzadan sonra bəraət qazanıb.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, 34 il əvvəl silahlı quldurluqda təqsirli bilinərək 400 il həbs cəzasına məhkum edilən 57 yaşlı Sidney Holmsun günahsız olduğu üzə çıxıb.

Sidney Holms 1988-ci ildə silahlı quldurluqda iştirak ittihamı ilə saxlanılıb. Maşını soyğunçuların maşınına bənzədiyi üçün nəzarətə alınan Holms hadisə şahidlərinin ifadəsi əsasında tutularaq 400 il həbs cəzasına məhkum edilib.

İllərlə günahsız olduğunu desə də, heç kimi inandıra bilməyən Holmsun cəhdləri onilliklər sonra nəticə verib. Məhkəmə sənədləri yenidən araşdırdıqdan sonra Holmsu "günahsız" hesab edib. Holms 23 yaşında girdiyi həbsxanadan 57 yaşında azad edilib.

Aydın
OXŞAR XƏBƏRLƏR