Şəkidə qadın dəm qazından boğularaq ölüb.
AZXEBER.COM xəbər verir ki, hadisə rayonun Suçma kəndində baş verib.
Belə ki, 34 yaşlı rayon sakini Yenigül Mənafova yaşadığı evin hamam otağında dəm qazından boğulub.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.










































