345 manatlıq ödənişin veriləcəyi tarix açıqlandı

345 manatlıq ödənişin veriləcəyi tarix açıqlandı
İQTİSADİYYAT
11:19 18.07.2024
1669
Baş nazir dünən "Məşğulluq haqqında" qanuna edilən dəyişikliklərin icrasının təmin edilməsi barədə sərəncam imzalayıb. Bu sərəncam kvotadan əlavə iş yerlərinin yaradılması və məqsədli proqramların həyata keçirilməsi qaydalarını reallaşdırılması məqsədi daşıyır.

AZXEBER.COM xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov sosial şəbəkə hesabında yazıb.

"Sərəncama əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Ədliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi, Maliyyə Nazirliyi və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları ilə razılaşdırmaqla, kvotadan əlavə iş yerlərinin yaradılması qaydasının layihəsini iki ay müddətində Nazirlər Kabinetinə təqdim etməlidir. Ədliyyə Nazirliyi isə digər müvafiq qurumlar ilə razılaşdırmaqla həmin müddətdə məqsədli proqramların həyata keçirilməsi qaydasının layihəsini hazırlamalıdır. Sözügedən nazirlik həmçinin 4 ay müddətində normativ hüquqi aktların Qanuna və Fərmana uyğunlaşdırılmasını təmin etməlidir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi növbəti yarım il ərzində sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslərin kateqoriyaları üzrə faiz dərəcələrini və məqsədli proqramların həyata keçirilməsi çərçivəsində işəgötürən tərəfindən yaradılan hər iş yerinə görə iqtisadi fəaliyyət növlərinin xüsusiyyətləri nəzərə alınmaqla ayrılacaq vəsaitin məbləğini təsdiq edəcək. Bu dəyişikliklər iş axtaran vətəndaşlarımızın özəl sektorda işlə təmin olunmaqla dövlətdən ayda minimum əmək haqqı məbləğində, yəni 345 manat vəsait almasına imkan verəcək. Minimum əmək haqqı artdıqca bu məbləğ də yüksələcək.

Bu dəyişikliklər özəl sektorda dövlət hesabına daha çox iş yerlərinin yaradılmasına xidmət edəcək və dövlət İşsizlikdən Sığorta Fondunun vəsaiti hesabına özəl sektorda kvotadan əlavə 15 iş yerinin yaradılmasını dəstəkləyəcək. Praktik olaraq ilkin qiymətləndirmələrə görə təxminən 15 mindən artıq vətəndaşımızın kvotadan əlavə işlə təmin edilməsi mümkün olacaq. Bu zaman onların maaşları dövlət tərəfindən ödəniləcək və onlar özəl sektorda işə cəlb olunacaqlar.

Sərəncamdan göründüyü kimi, müvafiq qurumlar üçün ayrılan müddəti nəzərə aldıqda 2025-cü ilin əvvəlindən etibarən vətəndaşlar 345 manatlıq ödəniş üçün müraciət edə biləcəklər. Bu müddətdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müraciət mexanizmi hazırlanacaq və gözlənilir ki, müraciət tam elektron olacaq. İlkin mərhələdə sahibkarlıq subyektləri müraciət edib qeydiyyatdan keçəcəklər və daha sonra iş yerlərini təklif edə biləcəklər.

Xatırladaq ki, 345 manat dövlət tərəfindən ödənilən hissəsidir. Həmin iş yerlərində sahibkarlıq subyektləri də əlavə ödəniş imkanına malik olacaqlar. Məsələn, əmək haqqı 650 manatdırsa onun 345 manatı dövlət 305 manatı isə işə götürən tərəfindən ödəniləcək. Bu mexanizm sosial müdafiə tədbirlərinin daha da gücləndirilməsinə xidmət edir",- deyə o əlavə edib.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Elektrikli avtomobilini evdə şarj edənlər diqqət: Artıq pul ödəyə bilərsiniz
00:30 15.08.2026
Elektrikli avtomobilini evdə şarj edənlər diqqət: Artıq pul ödəyə bilərsiniz
"Avroviziya"nın qaydaları dəyişdirildi
00:26 15.08.2026
"Avroviziya"nın qaydaları dəyişdirildi
"O qədər bərbad vəziyyətdədir ki, evdən yeddi ilan çıxıb" - Neft milyonçusunun Mərdəkandakı mülkü baxımsız halda - VİDEO
00:20 15.08.2026
"O qədər bərbad vəziyyətdədir ki, evdən yeddi ilan çıxıb" - Neft milyonçusunun Mərdəkandakı mülkü baxımsız halda - VİDEO
FHN: Hovuzda ayağı su nasosunda sıxılı vəziyyətdə qalan uşağın həyatını xilas etmək mümkün olmayıb
00:06 15.08.2026
FHN: Hovuzda ayağı su nasosunda sıxılı vəziyyətdə qalan uşağın həyatını xilas etmək mümkün olmayıb
Bürclər bu günə nə deyir?
00:04 15.08.2026
Bürclər bu günə nə deyir?
Bu ixtisasları seçənlər 4 ildən sonra peşman ola bilər
23:52 14.08.2026
Bu ixtisasları seçənlər 4 ildən sonra peşman ola bilər
Hamıya eyni vaxtda bildiriş gələcək - TƏHLÜKƏ VAR
23:46 14.08.2026
Hamıya eyni vaxtda bildiriş gələcək - TƏHLÜKƏ VAR
Qarpızı çörək və pendirlə yemək zərərlidirmi? - Qida eksperti açıqladı
23:36 14.08.2026
Qarpızı çörək və pendirlə yemək zərərlidirmi? - Qida eksperti açıqladı
Tünzalə Ağayeva - “Ürəyim tək sənin üçün döyünür hər dəfə...” - Foto
23:26 14.08.2026
Tünzalə Ağayeva - “Ürəyim tək sənin üçün döyünür hər dəfə...” - Foto
Bakıda məktəb sahibinə icarə haqqı niyə ödənilmir? - ŞİKAYƏT - VİDEO
23:16 14.08.2026
Bakıda məktəb sahibinə icarə haqqı niyə ödənilmir? - ŞİKAYƏT - VİDEO
Batma təhlükəsi ilə üzləşən 5 nəfər xilas edildi - 4-ü uşaqdır
23:06 14.08.2026
Batma təhlükəsi ilə üzləşən 5 nəfər xilas edildi - 4-ü uşaqdır
Böyükşorda su niyə yaşıl rəngdədir? - Dövlət xidmətindən açiqlama - FOTO
22:59 14.08.2026
Böyükşorda su niyə yaşıl rəngdədir? - Dövlət xidmətindən açiqlama - FOTO
"Yaxın günlərdə təkrar təkanlar gözlənilir" - Qurban Yetirmişli
22:50 14.08.2026
"Yaxın günlərdə təkrar təkanlar gözlənilir" - Qurban Yetirmişli
Nardaranda azyaşlının ayağı su nasosunda sıxılı vəziyyətdə qaldı
22:37 14.08.2026
Nardaranda azyaşlının ayağı su nasosunda sıxılı vəziyyətdə qaldı
Bu bürclər iş təklifi alacaq
22:24 14.08.2026
Bu bürclər iş təklifi alacaq
Qubada 5 ballıq zəlzələdə xəsarət alan olub? - Açıqlama
22:18 14.08.2026
Qubada 5 ballıq zəlzələdə xəsarət alan olub? - Açıqlama