35 yaşlı sosial media fenomeni və model Ceff Tomas Mayamidəki mənzilinin eyvanında yıxılaraq ölüb.
AZXEBER.COM xarici mediaya xəbər verir ki, polis ilkin məlumatlarda modelin intihar etdiyini göstərdiyini, lakin hələ ki, ölüm səbəbinin tam aydınlaşdırılmadığını bildirib.
Amerikanın TMZ qəzetinə danışan etibarlı mənbə Tomasın intihar etdiyini bildirib.
Bir çox dünyaca məşhur geyim markaları ilə müqavilələri olan Tomas Londonda bir model agentliyi ilə işləyib.
Qeyd edək ki, idman zalında məşq edərkən çəkdiyi videonu paylaşan Tomasın ölümü ailəsi və dostları arasında böyük kədərə səbəb olub.
Mikayıl