35 yaşlı qadının etdikləri sizi şoka salacaq - 22 yaşlı Fəridənin fotoları ilə... - VİDEO

35 yaşlı qadının etdikləri sizi şoka salacaq - 22 yaşlı Fəridənin fotoları ilə... - VİDEO
SOSİAL
10:19 27.10.2022
1763
Yardımlaşmaq, ehtiyacı olana əl tutmaq əlbəttə yaxşı bir haldır. Ancaq indi bəhs edəcəyimiz süjetdə yardım etmək adıyla insanların pulunu mənimsəyən şəxsdən danışacağıq . Hansı ki,  22 yaşlı qızın fotolarından istifadə edib, başqalarına yardım edirmiş kimi əslində özünə pul yığıb. Bütün bunları Şəkidə yaşayan bir qadın edib. Artıq onun kimliyi də məlumdur 

"Facebook"da  Lamiyə Qafarova, "İnstaqram" və "Tik-Tok"  sosial şəbəkələrində isə Fidan Məmmədli adlı profillər açıb, yardım adı ilə pul topladılar. İnsanların inamından sui-istifadə etmək azmış kimi, onları təhqir etməkdən də çəkinmədilər...

Adlar müxtəlif olsa da, bütün profillərdə istifadə olunan fotolar  eynidir və hər biri 22 yaşlı Fəridə Rəhimliyə məxsusdur. Bu gənc  qız isə baş verənlərdən tam xəbərsiz olub.  

44 günlük müharibə dönəmində xəstəxanalarda  könüllü olaraq tibb bacısı kimi fəaliyyət göstərən Fəridənin qazilərimiz ilə çox sayda fotoları var. Elə dələduz da özünü insanlara  tibb bacısı kimi tanıdıb və  qazilər ilə olan  şəkillərdən daha çox  istifadə edib. 

Uzun araşdırmanın nəticəsi olaraq, həmin şəxsin kimliyi Rəhimovlar ailəsinə məlum olub. Özünü sosial şəbəkələrdə 24 yaşlı qız  kimi tanıdan bu insan əslində Şəkinin Baş Göynük kənd sakini 35 yaşlı Fərqanə Qafarovadır. 

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin şöbə rəisi Elşad Hacıyev "Xəzər Xəbər"ə bildirdi ki, qarşı tərəfdən üzr istəyən şəxs  cinayət təqibindən yayınmaq üçün bu addımı atıb. Bütün hallarda polis tərəfindən qanunauyğun olaraq zəruri tədbirlər icra olunur. Daxil olan müraciət əsasında araşdırma aparılır. Təfərrüatlar  isə araşdırmadan sonra məlum olacaq. 

Ətraflı Xəzər TV-nin süjetində:
 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycan Prezidenti Ermənistanla sülh müqaviləsinin hansı halda imzalana biləcəyini açıqlayıb
20:19 19.07.2025
Azərbaycan Prezidenti Ermənistanla sülh müqaviləsinin hansı halda imzalana biləcəyini açıqlayıb
Prezident Şuşa Forumunda öz siyasətinin təməl prinsiplərini sadalayıb
20:17 19.07.2025
Prezident Şuşa Forumunda öz siyasətinin təməl prinsiplərini sadalayıb
İlham Əliyev Cənubi Qafqaz haqqında: Kifayətdir, biz artıq sülh şəraitində yaşamalıyıq
20:13 19.07.2025
İlham Əliyev Cənubi Qafqaz haqqında: Kifayətdir, biz artıq sülh şəraitində yaşamalıyıq
Azərbaycan vətəndaşı Naxçıvana gedərkən erməni sərhədçinin üzünü görməli deyil - Prezident
20:11 19.07.2025
Azərbaycan vətəndaşı Naxçıvana gedərkən erməni sərhədçinin üzünü görməli deyil - Prezident
Prezident: Azərbaycan sabitdir, özünü təmin edir və gələcəyə dair aydın baxışı var
20:05 19.07.2025
Prezident: Azərbaycan sabitdir, özünü təmin edir və gələcəyə dair aydın baxışı var
Prezident: Azad edilmiş ərazilərə qayıdan insanların sayı bundan sonra daha çox artacaq
19:59 19.07.2025
Prezident: Azad edilmiş ərazilərə qayıdan insanların sayı bundan sonra daha çox artacaq
İlham Əliyevin III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşü olub - VİDEO
19:54 19.07.2025
İlham Əliyevin III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşü olub - VİDEO
Prezident: Bizi tənqid edənlərin xarici borcu ÜDM-in 100 faizi qədərdir və ondan da artıqdır
19:46 19.07.2025
Prezident: Bizi tənqid edənlərin xarici borcu ÜDM-in 100 faizi qədərdir və ondan da artıqdır
İlham Əliyev: XXI əsrdə bir ölkə digər xalqı müstəmləkə hökmranlığı altında saxlaya bilməz
19:45 19.07.2025
İlham Əliyev: XXI əsrdə bir ölkə digər xalqı müstəmləkə hökmranlığı altında saxlaya bilməz
Prezident: Azərbaycan mediası dövlət maraqlarını qorumağa qadirdir
19:43 19.07.2025
Prezident: Azərbaycan mediası dövlət maraqlarını qorumağa qadirdir
“Bizim ərazimizdə icarədar ola bilməz” - Prezident nidanı qoydu!
19:40 19.07.2025
“Bizim ərazimizdə icarədar ola bilməz” - Prezident nidanı qoydu!
İlham Əliyev: Süni intellektdən istifadə etmirəm
19:39 19.07.2025
İlham Əliyev: Süni intellektdən istifadə etmirəm
Prezident: Ermənistanın Konstitusiyası dəyişilməlidir, Azərbaycana qarşı ərazi iddiası aradan qaldırılmalıdır
19:36 19.07.2025
Prezident: Ermənistanın Konstitusiyası dəyişilməlidir, Azərbaycana qarşı ərazi iddiası aradan qaldırılmalıdır
Prezident  Aktau yaxınlığında baş verən təyyarə qəzası ilə bağlı: Rusiya hələ də cavab verməyib
19:31 19.07.2025
Prezident Aktau yaxınlığında baş verən təyyarə qəzası ilə bağlı: Rusiya hələ də cavab verməyib
Azərbaycan Prezident: Biz indi beynəlxalq səhnədə daha fəalıq
19:29 19.07.2025
Azərbaycan Prezident: Biz indi beynəlxalq səhnədə daha fəalıq
Prezident: Biz Trampa Azərbaycan və Ermənistanın razılaşmasına kömək etmək istəyinə görə minnətdarıq
19:25 19.07.2025
Prezident: Biz Trampa Azərbaycan və Ermənistanın razılaşmasına kömək etmək istəyinə görə minnətdarıq