Şakira hamilədir?

Şakira hamilədir?
ŞOU-BİZNES
15:03 06.06.2011
1627

İspaniyada məşhur müğənni Şakiranın hamiləliyi barədə şayiələr gəzir. Söz-söhbətlərin yaranmasına səbəb müğənninin İspaniyanın Almeriya şəhərindəki şousunu təxirə salması olub. Bütün biletlərin satılmasına baxmayaraq, Şakira səhnəyə çıxmayıb. 

Çoxları bunun səbəbini müğənninin sağlamlığı ilə əlaqələndirir. Şayiənin meydana gəlməsinə əsas səbəb Şakiranın hal-hazırda "Barselona"nın müdafiəçisi Jerar Pike ilə məhəbbət yaşamasıdır. Buna görə də bu ehtimallarda qeyri-adi heç nə yoxdur.

Hamiləlik şayiələrinə baxmayaraq, rəsmi açıqlamada Almeriyadakı konsertin təxirə salınmasına pis səhnə şəraitinin olması göstərilib. Müğənninin bəyanatında deyilir: "Almeriyadakı pərəstişkarlarımın qarşısında çıxış etməyi çox istəyirdim. Ancaq biz konsertin baş tutması üçün nə qədər çalışsaq da, səhnənin zədələnməsi ucbatından bu, qətiyyən mümkün olmadı".

 

OXŞAR XƏBƏRLƏR