Şalvar geyən qadına 53 şallaq vurdular

MARAQLI
20:16 16.12.2010
2120

Bu dəşhətli səhnənin görüntüləri internetdə yayıldıqdan sonra isə Sudan məhkəməsi araşdırmaya başlayıb. Videoda görünür ki, polis qadını çağıraraq diz üstə oturmağı tələb edir. Onlar bildirirlər ki, əgər qadın 53 qamçı zərbəsi almaqdan imtina etsə, onu 2 il həbs cəzası gözləyir. Qadın isə qamçı zərbələrindən canını qurtarmağa çalışır və «Bəsdirin!» deyə qışqıraraq anasını köməyə çağırır. Qadını əvvəlcə bir polis vurmağa başlayır, sonra isə polislərdən digəri kameranı görərək gülə-gülə bu işə qoşulur. Polislər hər tərəfdən qadını bir dəqiqə yarım ərzində döyürlər. Amma videoda qadının nə üçün qamçılandığı haqda məlumat verilmir. Britaniya mətbuatı yazır ki, onun günahı şalvar geymək olub. Bu video yayımlandıqdan sonra 50-yə yaxın qadın ölkənin Ədliyyə Nazirliyi qarşısında oturaq etiraz aksiyası keçirib və qadınları alçaldan qanunların ləğvini tələb edib. Hadisə ilə bağlı Sudanın Londondakı səfiri Xalid əl-Mubarak şərh verərək bildirib ki, Xartum vilayətinin qubernatoru bu polisləri cəzalandırmaq və işdən azad etmək əmri verib. Səfir bildirib ki, həmin qadın fahişəlikdə ittiham olunub, amma bu hərəkətlər polislərə bəraət qazandırmır.

 

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

05:57 07.02.2025

BMT USAID-ın bağlanması barədə: ABŞ rəhbərliyi ilə konstruktiv dialoqa sadiqik

02:33 07.02.2025

Ağ Ev: Vaşinqton Qəzzaya qoşun göndərməyəcək

00:34 07.02.2025

Hacıqabulda qatarda yanğın - 4 nəfər tüstüdən zəhərləndi

00:31 07.02.2025

"Real Madrid"in cəzalandırılması tələb edilir

00:27 07.02.2025

“”Beşiktaş” karyeramda xüsusi yeri olan klubdur”

23:45 06.02.2025

“İran nüvə silahına can atmır” - Pezeşkian

23:23 06.02.2025

Ağır insult keçirən şəxs əlillik dərəcəsi ala bilmir - VİDEO

23:13 06.02.2025

Harutyunyan məhkəmədə Paşinyanın yalanını ifşa etdi

22:57 06.02.2025

Məktəbdə şagirdə naməlum kağız və nömrə verildi - DİN işə qarışdı - FOTOLAR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir