Şikəst güləşçi sağlamlar arasında ABŞ çempionu oldu (VİDEO)
İDMAN
20:20 24.03.2011
2267
Finalları izləmək üçün Filadelfiyadakı “Vells Fargo Center” arenasına 20 minə yaxın tamaşaçı gəlib. Təşkilatçılar azakeş sayı cəhətdən güləşin yalnız NBA və NHL-dən geri qaldığını, bu idman növünün inkişaf baxımından doğru yolda olduğunu bildirirlər. Günün qəhrəmanı Entoni Robles 60 kq çəki dərəcəsində güləşib. Tək ayağı olmasına baxmayaraq, bütün sağlam rəqiblərini üstələməsi onu alqışlara boğub.
Entoninin sözlərinə görə, sağ ayağının olmaması üzündən heç bir narahatlıq keçirmir. İdmançı bunun üçün çox uzun bir yol keçdiyini və uğuruna görə ilk növbədə ailəsinə təşəkkür etdiyini bildirib.