ŞOK! Erməni sərhədçilər üç azərbaycanlı gənci Ermənistana apardılar
MARAQLI
07:39 06.08.2011
1777
APA-nın Gürcüstan bürosunun məlumatına görə, erməni sərhədçiləri Təzəkənd kənd sakinləri olan üç azərbaycanlı gənci həbs edərək Ermənistana aparıblar. Kənd sakini, Heydər Əliyev adına Tədris Universitetinin gürcü dili və ədəbiyyatı fakültəsinin II kurs tələbəsi Nəzakət Aşiqova APA-ya bildirib ki, Təzəkənd kəndi Ermənistanla 3-4 km məsafədə yerləşir. “Kəndimizin gəncləri mənbəyini Ermənistan dağlarından alan Debed çayında çimərkən erməni sərhədçiləri tərəfindən saxlanılıblar. Sərhədçilər 18 yaşlı Kamil Naibovu, Ramin Nəcəfovu və onun Elşən adlı dostunu saxlayaraq Ermənistan ərazisinə aparıblar. Bundan xəbər tutan gənclərin valideynləri və kənd camaatı gəncləri geri qaytarmaq üçün Sadaxlı polis məntəqəsinə müraciət etdilər. Nəticədə erməni sərhədçiləri ilə uzun danışıqlardan sonra gənclər geri qaytarıldı”.