Şokolad yeyin, arıqlayın

MARAQLI
10:30 13.01.2011
2433
Məhdudiyyətlər
1. Şokolad pəhrizi məşhur qarpız pəhrizi kimi şəkər və duzu tamamilə qadağan edir. Bir sıra pəhrizlərdə olduğu kimi, şirələrdən (eyni zamanda təbii şirələrdən), qazlı su və içkilərdən (sudan fərqli olaraq içki iştahanı qaldırır) uzaq durmalısınız.
2. Həmçinin şokolad pəhrizində istənilən tərəvəz və meyvə istifadəsi yolverilməzdir.
3. Alkoqollu içkilər qadağandır.
4. Maye (qara və yaşıl çay, su) qida qəbulundan 3 saat sonra olmalıdır. Gün ərzində 1,2 litrdən az olmayaraq maye qəbul edilməlidir. Bu tələb duzu qadağan edən bir çox pəhrizlərə xarakterikdir.

Klassik şokolad pəhrizi
1. Səhər yeməyi: 30 qram acı şokolad (kişmiş və fındıqsız) və bir fincan şəkərsiz qəhvə.
2. Nahar: 30 qram acı şokolad və bir fincan şəkərsiz qəhvə.
3. Şam: 30 qram acı şokolad və bir fincan şəkərsiz qəhvə.
Bir gün üçün nəzərdə tutulan menüdən yeddi gün istifadə edə bilərsiniz. Bir gün ərzində real çəki itkisi 1 kq olacaq (200-300 qram şokolad, qalanı da su hesabına). Bu pəhrizi yenidən tutmaq üçün ən azı bir ay, hətta daha çox gözləmək məsləhətdir. Amma bəzi mənbələrdə fasilənin də yeddi gün edilməsi göstərilir.

Müsbət tərəfləri
1. Qısa müddətə effektiv nəticə əldə edilir. Kruiz və ya səyahətdən əvvəl istədiyiniz formaya düşmək üçün şokolad pəhrizinə müraciət edin.
2. Bu pəhriz şirnisevənlər üçün idealdır. Çünki başqaları bir həftə ərzində konfet və şokolad dilimi qarşısında çətin dayanırlar.
3. Şokolad beynin işini yaxşı stimullaşdırır. Hər bir tələbə bilir ki, sessiya zamanı qəhvə və şokolad əvəzolunmazdır. Pəhrizin bu üstün cəhətini qiymətləndirməmək olmaz. Çünki həm çəkiniz azalacaq, həm də düşüncə fəaliyyətinizə zərər dəyməyəcək.
4. Bir ərzaq kimi şokolad anemiya (qanazlığı) və soyuqdəymə zamanı məsləhət görülür (orqanizmin immunitetini artırır). Həmçinin şokoladda qocalma prosesini zəiflədən yüksək miqdarda antioksidantları qeyd etmək lazımdır.

Çatışmayan tərəfləri
1. Əks göstəriciləri çoxdur. Şokolad pəhrizini tutmamışdan əvvəl diyetoloqla məsləhətləşmək və ya pəhrizi həkim nəzarətində saxlamaq mütləqdir.
2. Maddələr mübadiləsini və qidalanma rejimini normallaşdırmır. Bu mənfi xüsusiyyət bir sıra pəhrizlərdə də var.
3. Böyük ehtimalla düzgün qidalanma rejiminə keçidi kənarlaşdırır. Bütün həftə orqanizm kalorinin maksimal qənaətinə alışacaq – pəhrizdən sonra normal qidalanma ilə əvvəlki çəkinizi, hətta daha çoxunu geri almış olacaqsınız.
4. Zülal, karbohidrat, yağ və vitamin-mineralların qeyri-balanslığı. Düzdür, vitamin-mineral çatışmazlığını əlavə komplekt preparatlar qəbul etməklə aradan qaldırmaq olar.
5.Əlbəttə, şokolad pəhrizi əsas ərzağına görə diabetli xəstələrə (anadangəlmə və sonradan əldə edilən) əks göstərişdir.
5. Allergik reaksiya yaradır. Şokolada allergiyası olanlara bu pəhriz qadağandır.
6. Böyrək xəstəlikləri, öd kisəsi və axarında daş olarsa, bu pəhrizi tutmaq olmaz.
7. Arterial hipertoniyadan əziyyət çəkənlərə də şokolad pəhrizi əks göstərişdir. Ola bilsin sizdə bu xəstəliyin olmasından xəbərsizsiniz – onun ilk əlamətləri adi yorğunluq kimi olur. Burada həlledici faktor şokolad yox (çünki o, təzyiqi az qaldırır), çox miqdarda qəhvədir.

Təhlükə

OXŞAR XƏBƏRLƏR