Yaponiyada KyoAni hücumuna görə mühakimə olunan Aoba edam cəzasına məhkum edilib.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, Aobanın təxminən 5 il əvvəl şəhərin Fuşimi rayonundakı üçmərtəbəli KyoAni studiyasının yandırılmasına görə mühakimə olunduğu işə Kyoto Rayon Məhkəməsində baxılıb.
İclasda prokurorlar ölüm hökmü tələblərini təkrarlayıb, vəkilləri isə Aobanın həmin vaxt "əqli qüsurlu” olduğunu iddia edərək "bəraət” və ya "yüngül cəza” istəyiblər.
2023-cü ilin sentyabrında ilk məhkəmə iclasında məhbus Aoba "Etdiyimi etməkdən başqa çarəm olmadığını hiss etdim. Çox insanın öləcəyini gözləmirdim", - deyib.
Mühakimə olunduğu işin 6-cı iclasında Aoba 2001-ci ildə şimaldakı Aomori əyalətinin Hirosaki şəhərində Takefuji maliyyə qurumunun yandırılmasını istinad edərək, 2019-cu ildə KyoAni hücumunu təşkil etdiyini bildirib.
Hücum zamanı Aobanın özü həyatı üçün təhlükəli yanıqlar alıb. 2020-ci ilin mayında həbs edilən Aobanın əsərini KyoAni-nin təşkil etdiyi müsabiqəyə göndərdiyi və hadisə baş verən gün "Romanlarım plagiata məruz qaldığı üçün yanğın törətdim” dediyi iddia edilir.
İddialardan sonra animasiya studiyası şübhəlinin əsərlərinin ilkin seçimdən keçmədiyini və qəbul edilmədiyini açıqlayıb.
Mikayıl