36 yaşlı kişi bıçaqlandı

36 yaşlı kişi bıçaqlandı
SOSİAL
22:34 03.08.2018
7227
Bərdə rayonunda bıçaqlanma hadisəsi baş verib.

AZXEBER.COM Report-a istinadən xəbər verir ki, hadisə rayonun Türkmən kəndində qeydə alınıb.

Belə ki, rayon sakini, 1996-ci il təvəllüdlü Fərid Əzizov həmyerlisi 1982-ci il təvəllüdlü Seymur Bayramova bir neçə bıçaq zərbəsi endirib.Yarali ətrafda olan insanların köməkliyi ilə Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Yaralının vəziyyəti orta-ağır olaraq qiymətləndirilir.

Hadisəni törədən şəxs tutularaq istintaqa təhvil verilib

Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR