36 yaşlı kişi hamilə sevgilisini diri-diri yandırdı - FOTO

DÜNYA
18:59 28.04.2014
3388
Çində kişi özündən 15 yaş kiçik hamilə sevgilisini maşında yandırıb
Çində qorxunc cinayət baş verib.
ANS PRESS-in məlumatına görə, 36 yaşlı kişi özündən 15 yaş kiçik hamilə sevgilisini maşında yandırıb.
Belə ki, 36 yaşlı Li Monian bir ay bundan əvvəl tanış olduğu 21 yaşlı Xu Fanla bir gecə yaxınlıq edir. Daha sonra qadınla görüşməyib. Sonradan həmin qadın Lini tapıb, ondan hamilə qaldığını bildirib. Hələ ata olmağa hazır olmadığını deyən Li qadına uşağı abort etməyi tapşırıb, lakin Fan kişinin təklifini qəbul etməyib.
Li Monian qadını maşına mindirib. O, maşında bir daha Fanı uşaqdan imtina etmək üçün razı salmağa çalışıb. Lakin qadın buna razı olmadıqda, Li əsəblərini cilovlaya bilməyib və qadını öldürmək fikrinə düşüb. Li qadının üstünə yanacaq töküb və maşında onu yandırmaq istəyib. Ehtiyatsızlıqdan Li özü də yanıb.
Hadisə yerinə xilasedicilər cəlb olunub. Hər iki şəxs ağır yanıq xəsarətləri alıb. Xəstəxanaya yerləşdirilən qadının bədəninin yarısı yanıb. Lakin xoşbəxtlikdən uşağa heç bir ziyan dəyməyib.
OXŞAR XƏBƏRLƏR