Antalyanın Kumluca qəsəbəsi sahillərində 3600 il əvvəl fırtına nəticəsində batan gəminin qalıqları aşkarlanıb.
AZXEBER.COM Türkiyə mediasına əsasən xəbər verir ki, dünyanın ən qədim gəmisi kimi tanınan "Kumluca" gəmisinin qalıqları arasından hər biri 25 kiloqram ağırlığında olan 30 ədəd mis külçə çıxarılıb.
Axtarışa başçılıq edən Hakan Öniz deyib:
"Bu sikkələr zamanında pul kimi istifadə olunurdu. Kipr Krallığı və ya Aşurlar vergilərini mis külçələrlə ödəyirdilər".
Aysel