362 kilo arıqladı - İndi kişilər onu ehtiraslı qadın adlandırır FOTOLAR

DÜNYA
15:00 04.05.2016
29597

Mayra Rosalesin həyatı TV-lərin və mətbuatın ən əsas mövzularından birinə çevrilib.

AZXEBER.COM-un Xarici KİV-ə istinadən verdiyi xəbərə görə, ABŞ-ın Texas ştatında yaşayan Rosales 362 kq çəki ilə həyatının böyük hissəsini yataqda keçirib. O bütün həyatının məhv olduğunu gördükdən sonra yeni bir başlanğıc etmək qərarına gəlib.

Televiziya proqramlarının ən maraqlı ulduzlarından birinə çevrilən Rosales 4 il öncəki həyatı haqqında yalnız pis xatirə kimi danışır. 4 il ərzində 11 əməliyyat keçirən və xüsusi pəhriz proqramı ilə arıqlayan qadının çəkisi indi 80 kq-dı.

Artıq kilolardan əziyyət çəkən qadınlar indi Rosalesi öz qəhrəmanları kimi görür, onun sosial şəbəkələrdəki hesablarını izləyirlər.

Rosalesin sözlərinə görə arıqladıqdan sonra kişilərin diqqət mərkəzinə çevrilib. Hətda bir neçə il ərzində yüzə yaxın evlənmə təklifi də alıb.

OXŞAR XƏBƏRLƏR