37 yaşlı tanınmış televiziya aparıcısı qəfildən vəfat etdi

37 yaşlı tanınmış televiziya aparıcısı qəfildən vəfat etdi
DÜNYA
09:25 11.05.2023
218
İtaliyada "Big Brother" proqramı ilə məşhurlaşan 37 yaşlı televiziya ulduzu Monika Sirianni dostları ilə getdiyi yerdə əylənərkən yerə yıxılaraq dünyasını dəyişib.
   
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, ötən cümə günü dostları ilə İtaliyanın Katanzaro əyalətinin Katanzaro əyalətindəki Soveria Mannelli bölgəsinə gedən Monika Sirianni getdiyi yerdə əylənərkən yerə yıxılıb.

Əyləncə məkanında anidən pisləşən Monika çağırılan sağlamlıq qrupları tərəfindən xəstəxanaya aparılsa da, edilən bütün müdaxilələrə baxmayaraq xilas ola bilməyib.

Televiziya ulduzunun ölümünün dəqiq səbəbi hələlik açıqlanmasa da, gənc qadının ölümü pərəstişkarları və ailəsi arasında böyük kədərə səbəb olub.
 
Onun infarktdan öldüyü təxmin edilir.

Gülay
OXŞAR XƏBƏRLƏR