“375 oturacaqlı qatarda 9 yer fərq yaratmır” – ADY-dən VIP yerlərlə bağlı AÇIQLAMA

“375 oturacaqlı qatarda 9 yer fərq yaratmır” – ADY-dən VIP yerlərlə bağlı AÇIQLAMA
SOSİAL
16:44 20.10.2026
116
Xəbər verdiyimiz kimi, Bakı-Sumqayıt qatarında yaranan sıxlıq sərnişinlərin narazılığına səbəb olub.

Sosial şəbəkələrdə yayılan görüntülərdə sərnişinlərin ayaq üstə getdiyi, boş VIP yerlərdən istifadəyə icazə verilməməsinə etiraz etdikləri görünür.

Məsələ ilə bağlı Azərbaycan Dəmir Yollarına (ADY) sorğu ünvanladıq.

Qurumdan AZXEBER.COM-a bildirilib ki, sözügedən salon Abşeron dairəvi marşrutunda hərəkət edən 9 ikimərtəbəli sərnişin qatarının yalnız 4-də mövcuddur:

"Qeyd edilən sərnişin salonu Abşeron dairəvi marşrutunda xidmət göstərən 9 ədəd ikimərtəbəli sərnişin qatarının cəmi 4-də mövcuddur. İkinci mərtəbədə yerləşən həmin salonda birinci sinif yerlərə bilet alan sərnişinlərə fərdi işıqlandırma, masalar, fırlanan oturacaqlar və digər bu kimi daha yüksək komfort və texniki imkanlar təqdim olunur”.

ADY-dən bildirilib ki, salonun şəhərətrafı qatarlarda intensiv istifadəsi texniki reqlamentə uyğun hesab edilmir:

"Sözügedən salonun gündəlik yüksək sərnişin axını olan dairəvi marşrut üzrə hərəkət edən qatarlarda intensiv istifadəsi texniki reqlamentə əsasən uyğun hesab edilmir. Həmin qatarlar hazırda həftə sonları Bakı–Qəbələ–Bakı marşrutu üzrə xəttə buraxılır. Bu reyslər üzrə müntəzəm birinci sinif xidmətinin göstərilməsi üçün salonun orijinal komfort standartları qorunur və bu səbəbdən gündəlik istifadəsi məhdudlaşdırılıb”.

Qurum boş VIP yerlərin istifadəsinin məhdudlaşdırılmasının sərnişindaşıma xidmətinin keyfiyyətinə təsir etmədiyini vurğulayıb:

"Həmin salonda cəmi 9 yer təqdim olunur. Bu, 375 oturacaqlı qatarda xüsusi fərq yaratmadığı üçün və yuxarıda qeyd olunanları nəzərə alaraq vaqonun bu hissəsinin istifadəsi şəhərətrafı qatarlarda sərnişindaşıma xidmətinin keyfiyyətinə təsir etmir”.

Fəridə Əsədzadə
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
TƏBİB-lə bağlı qərar büdcəyə necə təsir edəcək - Qənaət, yoxsa əlavə xərc?
17:06 20.10.2026
TƏBİB-lə bağlı qərar büdcəyə necə təsir edəcək - Qənaət, yoxsa əlavə xərc?
Əhliman Əmiraslanov Bişkekdə TÜRKPA-nın iclasında çıxış etdi
16:55 20.10.2026
Əhliman Əmiraslanov Bişkekdə TÜRKPA-nın iclasında çıxış etdi
Fransanın cənub-şərqində güclü yağışlar daşqınlara səbəb oldu
16:52 20.10.2026
Fransanın cənub-şərqində güclü yağışlar daşqınlara səbəb oldu
“375 oturacaqlı qatarda 9 yer fərq yaratmır” – ADY-dən VIP yerlərlə bağlı AÇIQLAMA
16:44 20.10.2026
“375 oturacaqlı qatarda 9 yer fərq yaratmır” – ADY-dən VIP yerlərlə bağlı AÇIQLAMA
20 Oktyabr – Zəngilan şəhəri günü: Tarixi Zəfərin qürur səhifəsi
16:32 20.10.2026
20 Oktyabr – Zəngilan şəhəri günü: Tarixi Zəfərin qürur səhifəsi
Mourinyo: “Arda Gülər oynasaydı, bizə 5 qol vurardılar”
16:28 20.10.2026
Mourinyo: “Arda Gülər oynasaydı, bizə 5 qol vurardılar”
Bakı-Sumqayıt qatarında sıxlıq: Sərnişinlər ayaq üstə, VIP yerlər isə boş – VİDEO
16:25 20.10.2026
Bakı-Sumqayıt qatarında sıxlıq: Sərnişinlər ayaq üstə, VIP yerlər isə boş – VİDEO
Mədəniyyət Nazirliyinin tabeliyində yeni Kompleks yaradılır
16:18 20.10.2026
Mədəniyyət Nazirliyinin tabeliyində yeni Kompleks yaradılır
She’s Next layihəsinin dördüncü dalğası üçün qeydiyyat başladı
16:12 20.10.2026
She’s Next layihəsinin dördüncü dalğası üçün qeydiyyat başladı
Xəyal etdi, inandı, qazandı — “Sürətlə Yeni Mövsümə” lotereyasının "Changan Q07" qalibi danışdı
16:12 20.10.2026
Xəyal etdi, inandı, qazandı — “Sürətlə Yeni Mövsümə” lotereyasının "Changan Q07" qalibi danışdı
Prezident sərəncam imzaladı
15:56 20.10.2026
Prezident sərəncam imzaladı
Nəsimi Musayev Ermənistanda belə həbs olunub - VİDEO
15:52 20.10.2026
Nəsimi Musayev Ermənistanda belə həbs olunub - VİDEO
Xüsusi Təyinatlıların Qaziləri, Şəhid Ailələri və Veteranları İctimai Birliyi bəyanat yaydı
15:43 20.10.2026
Xüsusi Təyinatlıların Qaziləri, Şəhid Ailələri və Veteranları İctimai Birliyi bəyanat yaydı
İsveç səfiri Hikmət Hacıyevlə görüşdü
15:40 20.10.2026
İsveç səfiri Hikmət Hacıyevlə görüşdü
Naxçıvanda rüşvət alan bu şəxslər həbs olundu
15:38 20.10.2026
Naxçıvanda rüşvət alan bu şəxslər həbs olundu
Allergiya, yoxsa qrip? - Bu əlamətlərə diqqət edin
15:34 20.10.2026
Allergiya, yoxsa qrip? - Bu əlamətlərə diqqət edin