39 yaşlı kişi parkda qətlə yetirildi

39 yaşlı kişi parkda qətlə yetirildi
SOSİAL
15:30 22.10.2018
1998
Xırdalan şəhərində 39 yaşlı kişi qətlə yetirilib. 

AZXEBER.COM Report-a istinadən xəbər verir ki, Abşeron rayonunun Xırdalan şəhər sakini, 27-ci məhəllə ev 2, mənzil 9 da yaşayan, 1979-cu il təvəllüdlü Ramiz Rasim oğlu Hüseynov parkda naməlum şəxs tərəfindən bıçaqlanıb. O, çoxlu qan itirdiyindən hadisə yerində ölüb. 

Qətlin kim tərəfindən və hansı səbəbdən törədildiyi hələlik məlum deyil.

Faktla bağlı Abşeron Rayon Prokurorluğunda araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR