Ailədə, ər-arvad arasında gündə 7 dəfə mübahisə olur. Bu qənaətə orta statistik nəticələri tədqiq edən ekspertlər gəliblər. "eSure" adlı təşkilatın apardığı sorğuda istər vətəndaş nigahı, istərsə də qanuni nigahda olan 3 minə yaxın insan iştirak edib.
İl ərzində mübahisələrin sayı 2450-ə çatır. Ər-arvad adətən ya pul, ya da işlərin bölüşdürülməsi üstündə dalaşırlar. Səsin yüksəlməsinə səbəb olan problemlər arasında televizora baxmaq, gündəlik menyu, xoruldamaq və sairə var. İldə 122 münaqişə isə qarşılıqlı diqqətin az olması zəminində qeydə alınır.
Cinsi həyatda olan problemlər bu silsilədə nisbətən azlıq təşkil edir- 88. Uşaqların tərbiyəsi sahəsində də baş verən toqquşmaların sayı eynidir.
//Ans Press