19 yaşı olsa da, 4-5 yaşlı uşaq boyunda və çəkisindədir. Vüsalə Ədilovada anadangəlmə yod çatışmazlığı sindromu var.
AZXEBER.COM xəbər verir ki, hazırda nənəsi və anası ilə birgə Yevlax rayonun Çənlibel qəsəbəsində yaşayır.
Qızın təqaüdü 2 aydır ki, kəsilib. Nənəsi Gülşən Kərimova bildirir ki, qızı ailəsindən ayrıldıqdan sonra onunla birgə yaşayır. Onun yeganə övladı var ki, oda 19 ildir ki, nə danışa, nə də yeriyə bilir. Ona təyin edilən 300 manat pensiya da 2 aydır ki, verilmir.
Ağdaş rayonunun Əmirarx kəndində yaşayan ailə evləri yandıqdan sonra Yevlax rayonun Çənlibel kəndinə köçməli olublar. 19 yaşlı Vüsalə Ədilovanın nənəsi hazırda çətin durumda yaşadıqlarını deyir və pensiyanın bərpa edilməsini istəyir.
Məsələ ilə bağlı adiyyəti qurumunun da münasibətini öyrənilib.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.