Xaçmaz Gömrük İdarəsinin əməkdaşları külli miqdarda siqaretin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə keçirilməsinin qarşısını alıb.
Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən APA-ya verilən xəbərə görə, idarənin "Samur" gömrük postunda 3 fakt üzrə minik avtomobillərinin müxtəlif yerlərində gömrük nəzarətindən gizlədilməklə gətirilən 27 400 ədəd "NZ Gold Compact", 3 800 ədəd "Marlboro Touch" və 1000 ədəd "Marlboro Micro" markalı olmaqla cəmi 32 200 ədəd siqaret aşkar olunaraq götürülüb.
Faktlarla bağlı təhqiqat aparılır.