4 bürc pul yağışına tutulacaq

4 bürc pul yağışına tutulacaq
MARAQLI
13:12 23.07.2025
249
Astrologiya həvəskarlarının səbirsizliklə gözlədiyi avqust ulduz falı açıqlanıb.
 
AZXEBER.COM xəbər verir ki, bu barədə Dinçer Güner öz sosial media hesabında paylaşım edib.
 
O, paylaşımında 4 bürcün pul qapılarının açılacağını deyib.
 
Həmin bürcləri təqdim edirik:
 
1. Buğa Bürcü (21 Aprel - 21 May)
Torpaq elementi olan Buğa bürcü, avqust ayında maliyyə baxımından böyük bir sıçrayış yaşayacaq. Uzun müddətdir gözlənilən bir iş imkanı və ya yatırım, gözləniləndən daha gəlirli olacaq. Maddi baxımdan sağlam addımlar atacaq olan Buğa bürcü, özünə güvənən duruşu ilə qazancını artıracaq.

2. Şir Bürcü (23 İyul - 23 Avqust)
Öz dövrünə daxil olan Şir bürcləri həm Günəşin enerjisini, həm də şans planetlərinin dəstəyini arxasına alır. Avqust ayı, Şir bürcləri üçün sanki pul yağışı kimi keçəcək. Xüsusilə təşəbbüskar Şirlər böyük fürsətlərlə qarşılaşa bilər.

3. Əqrəb Bürcü (23 Oktyabr - 22 Noyabr)
Dərin və intuitiv Əqrəb bürcləri bu ay maliyyə baxımından instinktlərinə qulaq asdıqca qazanc əldə edəcəklər. Ortaqlıq təklifləri, gözlənilməz mükafatlar və ya keçmişdə edilən yatırımlar bu dövrdə bəhrəsini verə bilər. Sürpriz pullar qapıdadır.

4. Oğlaq Bürcü (22 Dekabr - 20 Yanvar)
İntizamı ilə tanınan Oğlaq bürcləri üçün avqust ayı, uzunmüddətli hədəflərin qarşılığını alma zamanıdır. Xüsusilə iş dəyişikliyi etməyi düşünənlər və ya yeni layihələrə başlayan Oğlaqlar böyük gəlirlərlə qarşılaşa bilər. Maddi baxımdan rahat bir dövr yaxınlaşır.
 
Oksana

OXŞAR XƏBƏRLƏR