4 bürcün taleyi dəyişir: Üç illik çətin dövr sona çatır

4 bürcün taleyi dəyişir: Üç illik çətin dövr sona çatır
MARAQLI
11:34 23.01.2026
1108
Astroloji göstəricilərə görə, dörd bürc üçün son üç ildə davam edən çətin və sarsıdıcı mərhələ 2026-cı ilə qədər başa çatacaq. Uzun müddət emosional yük, qeyri-müəyyənlik və maddi çətinliklərlə üzləşən bu bürclər üçün yeni, ümidverici bir dövr başlayır.

AZXEBER.COM xarici mətb uata istinadən xəbər verir ki, məşhur astroloq Amy Demure bildirib ki, bu bürclər 2026 bitmədən "acı və mübarizə dövrünü” geridə qoyaraq azadlaşacaq, həm karyerada, həm də şəxsi həyatda mühüm dəyişikliklər yaşayacaqlar. İlin sonuna yaxın isə özlərini uzun zamandır hiss etmədikləri qədər güclü, rahat və nikbin hiss edəcəklər.

Əkizlər bürcü

İkizlər bürcü üçün son illər maliyyə və karyera baxımından gözlənilən uğurları gətirməyib. Jüpiterin bolluq enerjisinə baxmayaraq, müxtəlif maneələr inkişafın qarşısını alıb. Lakin 2026-cı ildən etibarən bu çətinliklər sona çatacaq. Uzun illərin əməyi böyük maliyyə imkanları və artan gəlir şəklində geri qayıdacaq.
 
Qız bürcü 

Qız bürcləri xüsusilə münasibətlərdə çətin sınaqlardan keçib. Zəhərli və karmik əlaqələr artıq geridə qalır. 2026-cı ildə daha sağlam münasibətlər, dəyər verən tərəfdaşlar və emosional rahatlıq ön plana çıxacaq.

Oxatan bürcü

Oxatan bürcləri üçün son üç il olduqca ağır və sarsıdıcı olub. Sevgi və karyera sahəsində ardıcıl maneələrlə qarşılaşıblar. Lakin bu dövr artıq bitir. 2026-cı ildə daha yaxşı imkanlar, yeni tanışlıqlar və şəxsi gücün yenidən bərpası gözlənilir.

Balıqlar bürcü

Balıqlar bürcü son illərdə digər bürclərlə müqayisədə daha çox çətinliklə üzləşib. Bunun əsas səbəbi Saturn planetinin uzun müddət bu bürcdə qalması olub. Astroloqlara görə, Saturn 2026-cı ilin fevralında Balıqlar bürcünü tərk edəcək və bununla da məhdudiyyətlər, gecikmələr və təzyiqlər sona çatacaq. Səbrlə aparılan mübarizənin bəhrəsi maddi və mənəvi rifah şəklində özünü göstərəcək.

Astroloqlar bildirir ki, bu dörd bürc 2026 bitmədən rifah, güc və daxili rahatlıqla qovuşacaq, həyatlarında tamamilə yeni bir mərhələ başlayacaq.
 
Gülay
OXŞAR XƏBƏRLƏR