4 dəfə evlənən Rafiq Hüseynovun sevdiyi 21 yaşlı qız kim idi? - Mərhum sənətkarın HƏYATI

4 dəfə evlənən Rafiq Hüseynovun sevdiyi 21 yaşlı qız kim idi? - Mərhum sənətkarın HƏYATI
SOSİAL
18:22 31.10.2017
3815
Ötən gün ağır xəstəlikdən vəfat edən tanınmış diktor Rafiq Hüseynovun həyatı çoxlarımıza sirr olaraq qalır. Bəs əslindən mərhum diktorun şəxsi həyatı necə olub. 
 
AZXEBER.COM portalı bir vaxtlar mətbuatda Rafiq Hüseynovla bağlı yayımlanan yazını yenidən təqdim edir:
 
Gərək ki, bunu Anadolu türkləri deyirlər: "Eşq və yaş bir-birlərinə təsir edən anlayışlar deyil. Bu baxımdan ikinci bahar yeni bir şansdır və o, böyük bir xoşbəxtliyə çevrilə bilər".

Bəli, müşahidələr də göstərir ki, "ikinci bahar" adlandırılan ikinci evlilik bir sıra hallarda insana böyük xoşbəxtlik nəsib edir.

Bəzən birinci evlilikdə oxu daşa dəyən qadın və ya kişiyə tale irəli yaşlarda "ikinci bahar" yaşamaq nəsib edir. Və o zaman əsl ailə xoşbəxtliyinə qovuşan insan həyatın yalnız qara və ağdan ibarət olmadığını anlayır. Keçmişin mənfi düşüncələrindən azad olur, yeni gün, yeni arzu və istəklə həyata bağlanır...

Şuşada doğulan Rafiq Hüseynov Bakıda - İçərişəhərdə yaşayarkən atasını çox erkən yaşlarında itirir, anası onu və bacısını çətinliklə böyüdür. Orta məktəbi bitirdikdən sonra şərqşünas olmaq istəyirmiş, amma sənədlərini götürmürlər. Ailə vəziyyəti ağır olan 17 yaşlı Rafiq iş tapmaq məqsidlə Azərbaycan Televiziyasına gəlir. Yalandan televiziyaya vurğun olduğunu söyləyir. 

"Nə iş versəniz işləyəcəm" deyir və onu işıqçı işinə götürürər. İki il AzTV-də işıqçı kimi çalışır. Və televiziyaya elə bağlanır ki, buranı tərk etməyi ağlından belə, keçirmir.

Sonradan onu diktorlar müsabiqəsinə dəvət edirlər. Müsabiqədən keçən Rafiq Hüseynov 1966-cı ilin dekabrında ilk dəfə diktor kimi efirə çıxır. İlk efir günündə həyəcandan çaşıb mətni o dərəcədə pis oxuyir ki, o zaman televiziyaya ciddi nəzarət edən Mərkəzi Komitədən zəng edib deyirlər ki, "bu kimdir işə götürmüsünüz, onu ordan rədd edin!". Rafiq Hüseynovu o zaman AzTV-nin sədr müavini işləyən mərhum şair Nəbi Xəzri xilas edir və deyir ki, "bu oğlanın gələcəyi var". Tarix Nəbi Xəzrinin yanılmadığını sübut edir...

Mərkəzi Komitədən verilən o göstərişdən sonra 7 ay efirə buraxılmayan gənc Rafiq, ümidsizliyə qapılmır, əksinə, öz üzərində işləyərək yenidən etimad qazanır.
Beləcə AzTV-də diktor olaraq qalan Rafiq Hüseynov bütün varlığını seçdiyi peşəyə həsr edir. İllərdən sonra öz səsiylə tamaşaçıların sevimlisinə çevrilir... Fəaliyyəti dövründə Moskvanın ali dərəcəli diktoru səviyyəsinə kimi yüksələn Rafiq Hüseynov bir müddət AzTV-nin sədr müavini vəzifəsində də çalışmağa nail olur...

Ömrünün çox hissəsini televiziyaya həsr edən Rafiq müəllimin həyatında ağrılı günləri çox olub. Bir övladını vaxtsız və faciəvi şəkildə itirib, ailəsi dağılıb, sonra yenidən evlənib, yenidən ayrılıb, uzun illər çalışdığı AzTV-dən uzaqlaşdırılıb və s...

İlk sevgilər, eşq macəraları və evliliklər...

Rafiq Hüsüeynov 4 dəfə ailə qurub, özünün etirafına görə, hələ neçə dəfə başqa xanımlarla da eşq macəraları yaşayıb... Haqqında səsləndirilən "arvadbaz" ifadəsinə gülümsəməklə cavab verən Rafiq Hüseynov müsahibələrinin birində "Mənim sevgililərim çox olub. Onlardan bəziləri ömürlük yadımda qalacaq. Sirr olaraq qalacaq... Sevmişəm, aşiq olmuşam burda nə var ki? Bu məhəbbətdir, hər kəsin başını gələ bilər və gəlir də..." deyib.

Evlilikləri barədə danışarkən isə "sevgi tükənəndən sonra o, münasibətləri uzatmağa dəyməz" söyləyib: "Mən heç bir qadının qəlbini qırmamışam. Xanımlara hörmətlə yanaşmışam. Anlaşıb ayrılmışıq... Mən boşanmaqla o qadınlara da şans verirdim ki, gələcəkdə öz həyatını qura bilsinlər. Hamısı ilə indi də dostam. Aramızda heç bir narazılıq da yoxdur".

Bu evliliklərdən ikisi Rafiq müəllimin həyatında silinməz izlər qoyub. Biz onun məhz həmin ailə həyatlarından söz açmağa çalışacağıq: gəncliyində öz həmkarı ilə yaşadığı evlilik və həyatının yaşlı dövrünə təsadüf edən 4-cü evliliyi...

Məhz 4-cü evlilik onun üçün "İkinci bahar" olub, xoşbəxtliyini də bu ailəsində tapıb...

Rafiq Hüseynovun gəncliyində yaşadığı evliliklərdən biri özü kimi tanınmış sima ilə - Azərbaycanın xalq artisti, AzTV-nin məşhur xanım diktoru Roza Tağıyevayla bağlıdır...
Rafiq Hüseynov və Roza Tağıyeva televiziyaya eyni vaxtda gələn diktorlar nəslindəndirlər... Hər iki istedadlı diktorun həyat hekayəsi də televiziyadan başlayıb. Bir-birlərini seviblər, ailə qurublar, övlad acısı yaşayıblar və... ayrılıblar...

Bu dəhşətli hadisə 1984-cü ildə baş verib. Roza Tağıyeva ilə Rafiq Hüseynovun başına gələn fəlakət onları tanıyanların hamısını bərk sarsıdır. Onların övladı - Azərbaycan Dövlət Universitetinin tarix fakültəsinin tələbəsi Rövşəni doğrayıb, qətlə yetirmiş, meyitin qalıqlarını da çemodana yığmışdılar.

O zaman bu hadisə ilə bağlı müxtəlif şayiələr, söz-söhbətlər yayılmışdı. Kimi deyirdi hadisəni Rafiq Hüseynovun Roza Tağıyevayla evlənməzdən əvvəl oğulluğa götürdüyü şəxs törədib, kimi də bu qətlin Rafiq müəllimin birinci həyat yoldaşının qonşusu tərəfindən həyata keçirildiyini deyir, digər söhbətlərdə olayın onlara yaxın başqa biri tərəfindən gerçəkləşdirildiyi söylənilirdi. Bəzi məlumatlarda isə hadisəni Roza Tağıyevanın əvvəlki evliliyindən olan oğlunun törətdiyi bildirilirdi, yəni qətlin guya, ögey qardaş tərəfindən həyata keçirildiyi iddia olunurdu...
 
O zaman çətinliklə də olsa, bu cinayətin üstü açıldı, qatil yaxalandı və ona güllələnmə hökmü kəsildi. Məlumatlara görə, qatil güllələnmə hökmünün icrasınadək Bayıl həbsxanasındakı 5-ci korpusun 129-cu kamerasında saxlanılırmış. Həmin müddətdə həbsxanada vərəm xəstəliyinin ağır formasına tutulan cinayətkarın tale üzünə gülür, məhkəmə onun işinə yenidən baxıb ölüm hökmünü 20 illik cəza müddətiylə əvəz edir.

Modern.az saytının araşdırmasına görə, Rafiq Hüseynovla Roza Tağıyevanın oğlunu qətlə yetirən, həbsxanada ağır xəstəliyə tutulan o şəxs 19 il cəzaçəkmə müsəssisəsində yatandan sonra, 2003-də azadlığa çıxıb. Onun hazırda Tərtər rayonunda yaşadığı deyilir.

O hadisə Rafiq Hüseynov və Roza Tağıyevanın ailə həyatını da alt-üst etdi... Müsahibələrinin birində "mənə bu haqda danışmaq olduca ağırdır" deyən Rafiq Hüseynov indiki həyatında "oğlumun yanımda olmasını istərdim. Müqəddəs kitablarda yazılıb ki, ölüm müvəqqəti ayrılıqdır. Mən hesab edirəm ki, bu həqiqətdir və biz nə vaxtsa bir yerdə olacağıq" söyləməklə axirət dünyasının nəzərdə tutduğuna işarə edib.

Uzun illərdir hər biri öz həyatını yaşasa da, Rafiq Hüseynov və Roza Tağıyeva yenə də bir müəssisədə - Azərbaycan Televiziyasında işləyirlər. Ayrılmalarına, faciə yaşamalarına baxmayaraq aralarında dost münasibətləri qalmaqdadır.

Mətbuatla çox az təmasda olan Roza xanım müsahibə verməyə həvəsli deyil. Modern.az saytına qısaca açıqlamasında "bu gün də AzTV-yə işə gedib-gəlirəm. Televiziyanın Ədəbi-dram redaksiyasının kadrarxası mətnlərini oxuyuram. Sadəcə efirə özüm çıxmaq istəmirəm" deyən Roza xanım efirə çıxmamasının səbəblərindən danışmaq istəməyib.

Rafiq Hüseynov isə hazırda AzTV-də aparıcılar üzrə bədii rəhbər vəzifəsində çalışır...

"İkinci bahar"

"Mən o insanlara həmişə qibtəylə yanaşmışam ki, qurduğu ilk ailədə xoşbəxtliyini tapır, ömrünün sonunacan o insanla xoşbəxt olur. Amma elə insanlar da var ki, mənim kimi axtarışda olur. Sonunda öz axtardığını tapır" deyən R.Hüseynov axtardığı xoşbəxtliyi sonuncu - 4-cü evliliyində tapıb, Səbinə Hüseynli adlı xanımla ailə həyatı qurmaqla.

Bu evlilik Rafiq müəllim AzTV-dən işdən çıxandan sonra Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunda dərs dediyi illərdə baş tutub.

Səbinə xanım onun tələbəsi olub. Bütün tələbələr kimi 4-cü kursda oxuyan 21 yaşlı Səbinə də Rafiq Hüseynova simpatiya bəsləyirdi... Amma hələlik yalnız müəllim kimi... Tələbəykən müstəqil telekanallardan birində keçirilən diktorluq müsabiqəsində iştirak edib, uğur qazanan Səbinə xanım diksiya dərsi almaq üçün Rafiq Hüseynova müraciət edir. Və aralarındakı müəllim-tələbə ünsiyyati bir müddət sonra sevgi münasibətləriylə əvəzlənir...

Özündən 30 yaş cavan tələbəsinə aşiq olan müəllimindən evlilik təklifi alanda Səbinə xanımın ailəsi buna qarşı çıxıb. Zarafat deyildi, 51 yaşlı kişi 21 yaşlı qızla ailə həyatı qurmaq istəyirdi. 
Amma ailəsinin, qohumlarının etirazlarına baxmayan gənc xanım Rafiq Hüseynovla evliliyə razı olur.
"4-cü kursda oxuyurdum, 21 yaşım vardı. Rafiqin təcrübəsi böyükdür, qadınları cəlb etməyi yaxşı bacarır. Mən də o sarıdan sırf təcrübəsiz. Təklifini qəbul etdim, qısa bir müddətdə ailə qurduq" deyə o, həmin günlər haqda danışarkən bildirib. İllər sonra hisslərinin onu aldatmamasına sevindiyini də gizlətməyən Səbinə Hüseynli Rafiq Hüseynovla ailə həyatı qurduğuna peşiman olmadığını bildirir...

Bu, Rafiq Hüseynovun 4-cü evliliyi olsa da, onun üçün xoşbəxtliyini tapdığı "İkinci bahar" sayıla bilər. Tale 55 yaşı olanda Rafiq Hüseynova 4-cü evliliyindən bir qız övladı nəsib etdi.
Ailədə indi 12 yaşlı bir qız böyüyür - Leyli Hüseynli. Atasının dediyinə görə Leyli incəsənətə meyllidir, rəsm çəkir, musiqiylə məşğuldur, hətta dostlarının təklifiylə bir filmə də çəkilib.

Tanımayanlar, bilməyənlər onu Rafiq müəllimin yanında görəndə elə bilirlər ki, nəvəsidir. Özü də bunu dəfələrlə etiraf edib.

"Mən bundan sonrakı həyatımı qızım üçün yaşıyıram" deyən Rafiq müəllim Leyli ilə nəfəs aldığını, ona həddindən çox çox bağlı olduğunu bildiri.
Hətta bir ara xəstələnəndə, xəstəxanaya düşəndə belə, özünü deyil, qızını düşünürmüş: "Ancaq qızımı düşünürdüm. Düşünürdüm ki, mən elə bir vəziyyətə düşməyim ki, bu yaşımda qızımla gəzə bilməyim".

Yeri gəlmişkən, Leyli dünyaya gələndə Rafiq müəllimə telefon açıb ilk təbrik edən şəxs keçmiş həyat yoldaşı Roza Tağıyeva olub.   

"Əsas fikrim, düşüncəm qızımla bağlıdır..." deyən Rafiq Hüseynov Leylinin gələcəyinin onu çox düşündürdüyünü söyləyir: "Allah ömür versin, onu yerbəyer edim - bilik, savad verim, ailə qursun...".

Rafiq Hüseynovun ailə həyatında yaşadığı "İkinci bahar" iş həyatında da təkrarlanıb. Bütün varlığı ilə bağlandığı televiziyadan ayrılandan 15 il sonra yenidən - ikinci dəfə ora qayıdıb...

1990-cı ildən öz xahişiylə televiziyadan ayrılan Rafiq müəllim bunu o vaxt ölkədə gedən siyasi proseslərə qoşulmaq istəməməsiylə, televiziyadan yalan xəbərlər oxumaqdan qaçmasıyla bağlayır. Beləcə 15 il sevdiyi işindən ayrı qalmalı olur.
"Müəyyən mətnləri oxutmaqla məni insanların gözündən sala bilərdilər. Hətta bəzi dostlarımın əleyhinə olan mətnləri də oxumalı idim. Buna görə də, öz ərizəmlə işdən çıxdım" - deyə o günləri belə xatırlayır. 

Rafiq müəllim deyir ki, 15 il televiziyadan kənarda qalandan sonra AzTV rəhbərliyinin təklifiylə yenidən işə qaytarılması ona ikinci həyat bəxş edib. "İkinci bahar" kimi... Hazırda AzTV-də aparıcılar üzrə bədii rəhbər vəzifəsində çalışmaqdan zövq aldığını gizlətmir...

Həyatında "İkinci bahar" yaşayan Rafiq Hüseynov bir çox mahnıların da müəllifidir... Hətta mahnıları özü ifa edir...
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Rusiya uzun illərdir bölgədə təhlükəsizlik və sabitlik deyil, məhz zülm, etnik ayrı-seçkilik yayır - ŞƏRH
00:25 29.06.2025
Rusiya uzun illərdir bölgədə təhlükəsizlik və sabitlik deyil, məhz zülm, etnik ayrı-seçkilik yayır - ŞƏRH
Xamenei və onun Azərbaycanla müharibəsi
00:14 29.06.2025
Xamenei və onun Azərbaycanla müharibəsi
Kreml repressiyası - "Skinhed" ruhlu imperiya
23:59 28.06.2025
Kreml repressiyası - "Skinhed" ruhlu imperiya
Yekaterinburqda işgəncə görən azərbaycanlı: "Kafeyə basqın edib, bizi döyə-döyə kabab bişirtdirib, yeyib içdilər"
23:50 28.06.2025
Yekaterinburqda işgəncə görən azərbaycanlı: "Kafeyə basqın edib, bizi döyə-döyə kabab bişirtdirib, yeyib içdilər"
Hacıbəy Heydərli: Azərbaycan dövləti şimal qonşusundan fərqli olaraq hər bir vətəndaşının arxasındadır
23:34 28.06.2025
Hacıbəy Heydərli: Azərbaycan dövləti şimal qonşusundan fərqli olaraq hər bir vətəndaşının arxasındadır
Kürdəmirdə kişi həyat yoldaşını qətlə yetirib
23:27 28.06.2025
Kürdəmirdə kişi həyat yoldaşını qətlə yetirib
 Baş redaktor: “Rusiya özünün işğalçı müharibəsinə azərbaycanlıları zorla qoşulmağa məcbur edir”
23:20 28.06.2025
Baş redaktor: “Rusiya özünün işğalçı müharibəsinə azərbaycanlıları zorla qoşulmağa məcbur edir”
“Bu, çökən imperiyanın refleksidir”
23:15 28.06.2025
“Bu, çökən imperiyanın refleksidir”
Rusiyada baş verənlər Stalin repressiyalarını belə kölgədə qoyur: Şovinist siyasətin tarixi
23:11 28.06.2025
Rusiyada baş verənlər Stalin repressiyalarını belə kölgədə qoyur: Şovinist siyasətin tarixi
Overçukun Azərbaycana səfəri ləğv olundu - Yekaterinburqdakı hadisələrə görə
23:01 28.06.2025
Overçukun Azərbaycana səfəri ləğv olundu - Yekaterinburqdakı hadisələrə görə
Stiv Uitkoff yaxın günlərdə İran rəsmiləri ilə danışıqlar aparacaq
22:56 28.06.2025
Stiv Uitkoff yaxın günlərdə İran rəsmiləri ilə danışıqlar aparacaq
İsrail Livana zərbə endirib, "Hizbullah"ın bölmə komandanı öldürülüb
22:47 28.06.2025
İsrail Livana zərbə endirib, "Hizbullah"ın bölmə komandanı öldürülüb
Orban: Ukraynanın NATO-ya daxil olması III Dünya müharibəsinə gətirib çıxaracaq
22:41 28.06.2025
Orban: Ukraynanın NATO-ya daxil olması III Dünya müharibəsinə gətirib çıxaracaq
İsrail HAMAS-ın qurucularından birini zərərsizləşdirib
22:31 28.06.2025
İsrail HAMAS-ın qurucularından birini zərərsizləşdirib
Azərbaycanlıların saxlanması ilə bağlı iş xüsusi nəzarətə götürüldü
22:05 28.06.2025
Azərbaycanlıların saxlanması ilə bağlı iş xüsusi nəzarətə götürüldü
İraqda Türkiyə Ordusunun taboruna hücum olub, 10 hərbçi yaralanıb
21:50 28.06.2025
İraqda Türkiyə Ordusunun taboruna hücum olub, 10 hərbçi yaralanıb