4 erməni əsgərinin məhv edildiyi yerdən FOTOLAR

DÜNYA
20:15 29.09.2015
3593
Erməni mətbuatı bir neçə gün əvvəl Azərbaycan ordusunun zərbəsi nəticəsində 4 erməni əsgərinin məhv edildiyi, 16 işğalçının yaralandığı yerin fotolarını təqdim edib.
Şəkillərə əsasən məhv edilmiş ərazi Azərbaycanın işğal olunmuş Tərtər rayonunun işğal olunmuş hissəsində, Talış kəndindən 3 kilometr cənubda yerləşən poliqondur.
Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumata görə, sentyabrın 25-də qoşunların təmas xəttində düşmənin mövqelərimizə basqın etməyə cəhd göstərməsi nəticəsində ağır və qanlı döyüş baş verib.
Döyüşdə Azərbaycan ordusunun əsgəri Məmmədov Elşən Vaqif oğlu şəhid olub, 3 hərbi qulluqçumuz isə yüngül qəlpə yaraları alıb.
Silahlı Qüvvələrimizin bölmələrinin düşmənə qarşı güc tətbiq etməklə həyata keçirdiyi adekvat tədbirlər zamanı ona endirilən raket-artilleriya zərbələri nəticəsində qarşı tərəfin 4 hərbi qulluqçusu məhv edilib, 16 nəfərədək erməni işğalçısı yaralanıb.
OXŞAR XƏBƏRLƏR