4 il əvvəl bacısını daşla döyə-döyə... - Qan donduran qətlin TƏFƏRRÜATI

4 il əvvəl bacısını daşla döyə-döyə... - Qan donduran qətlin TƏFƏRRÜATI
SOSİAL
15:35 04.01.2017
2693
Daxili İşlər Nazirliyi Lənkəranda 4 il əvvəl baş vermiş cinayətlə bağlı məlumat yayıb. 

AZXEBER.COM nazirliyin saytına istinadən xəbər verir ki, 2012-ci iyun ayının 17-də Lənkəran rayon sakini Təranə Ağayeva yaşadığı Nərimanabad qəsəbəsindəki evdən çıxmış və geri qayıtmayıb.

Lənkəran ŞRPŞ-yə daxil olmuş məlumat əsasında T.Ağayevanın həmin gün qəsəbə ərazisində qardaşı Fuad tərəfindən daşla döyülərək qətlə yetirilməsi və cəsədinin evinin yaxınlığında basdırılması müəyyən edilib.

Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində F.Ağayev tutulub. O, hadisəni törətdiyini etiraf edib.
 
Təranənin cəsədinin qalıqlarının eksqumasiya edilməsi üçün tədbirlər görülür.
 
Araşdırma aparılır.  
OXŞAR XƏBƏRLƏR