4 illik nağılın sonu: Əkizlər ağlayaraq verilişi tərk etdi - VİDEO

4 illik nağılın sonu: Əkizlər ağlayaraq verilişi tərk etdi - VİDEO
MAQAZİN
13:41 02.02.2018
3328
Sevil Sevinc efirlə vidalaşarkən göz yaşlarına hakim ola bilməyiblər.
 
Müğənni Sevil Sevinc bacıları Xəzər TV-də aparıcılıq etdikləri "Hər şey daxil” verilişindən ayrılıblar.
 
AZXEBER.COM xəbər verir ki, bugünük verilişdə Sevil-Sevinc 4 ili xatırladan videonu izlədikdən sonra deyiblər: "Kədərlənmirəm. Çünki 4 il az müddət deyil. Bu gün öz doğma evimizi doğma insana qoyub gedirik”.
 
Əkizlər daha sonra göz yaşlarına hakim ola bilməyiblər.
 
Verilişin digər aparıcısı prodüser Tolik bu qərarı bacıların özlərinin aldığını deyib: "Mən dünən Sevil-Sevinclə görüşmüşəm. Xəzər Tv hər zaman arxanızdadır. Mən hələ bu verilişdə bir körpəyəm. Bilmirəm niyə belə qərar verdiz, özümü lap günahkar hiss etdim. Bəlkə gəlməsəydim belə olmazdı. Sevil-Sevinc deyir ki, onlar, müğənni kimi fəalliyyət göstərmək istəyirlər. Bu onların qərarıdır. Bəlkə də tez qərar verdiz”.
 
Nazim Qasımzadə
 
OXŞAR XƏBƏRLƏR