Uzun müddətdir dünya mətbuatı tərəfindən yaxından izlənilən hadisədə, cinayətkar qeyri-adi bir addım atıb.
AZXEBER.COM-un Qərb mətbuatına istinadən verdiyi xəbərə görə, gənc qız və sevgilisi eyni evdə qaldıqları Merediz Kerçer adlı ingilis qadınını seksə məcbur edib. Ancaq rədd cavabı aldıqda isə qadını bıçaqlayaraq öldürüb.
Gənc qız 24 il həbs cəzasına məhkum olunub. Ancaq araşdırma qruplarının yeni dəlil tapması nəticəsində qız 4 il sonra sərbəst buraxılıb. 4 ilini italyan həbsxanalarında keçirən gənc qız, "yaşananları bütün dəlilləri ilə izah edəcəyəm" adlı kitab çap etdirib. Bu kitab üçün gənc qız 4 milyon dollarlıq müqavilə bağlayıb. O qeyd edib ki, yalnız 4 milyon dollar alsa seks hekayəsini danışacaq. Kitabın gələn il satışa çıxması gözlənilir.
Ozal İbrahimli