Azərbaycanda son iki gündə 4 nəfər dəm qazından boğularaq dünyasını dəyişib.
Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat veriblər.Məlumata görə, martın 2-də Binəqədi rayonu ərazisində yaşayan Gürcüstan vətəndaşı Elvin Hacıyev, Suraxanı qəsəbəsinin ərazisindəki evlərdən birində yaşayan Zülfinaz Kərimova, Mingəçevir şəhər sakini Könül Mirzəliyeva, martın 3-də isə Binəqədi rayonunda yaşayan Səbinə Əliyeva mənzillərində dəm qazından boğulublar.