4 PKK terrorçusu təslim oldu

4 PKK terrorçusu təslim oldu
DÜNYA
13:42 05.06.2025
375
Son bir həftədə İraqın şimalındakı sığınacaqlardan qaçan 4 PKK terrorçusunun təhlükəsizlik qüvvələrinə təslim olduğu açıqlanıb.
 
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyi açıqlama verib.
 
Açıqlamaya görə, Sərhəddən qanunsuz keçməyə çalışan 112 nəfər saxlanılıb, ilin əvvəlindən bu rəqəm 2.447-yə çatıb. Ümumilikdə 36 minə yaxın şəxsin keçidi əngəllənib.

Suriya əməliyyat bölgələrində indiyədək Tel Rıfat və Menbiçdə cəmi 270 km uzunluğunda terror tunelləri məhv edilib.

Nazirlik, Türkiyənin NATO çərçivəsində öz öhdəliklərini yerinə yetirdiyini, PKK/KCK-nın silah buraxmasının əhəmiyyətli addım olduğunu və bu prosesin pozulmasına imkan verilməyəcəyini bildirib.

Qeyd edək ki, Türkiyə iyun ayında Rumıniya, Slovakiya, Bolqarıstan və digər ölkələrdə keçiriləcək bir sıra beynəlxalq hərbi təlimlərə qatılacaq. Bununla yanaşı, Türkiyə ordusunun arsenalına yeni texnika və silahlar əlavə olunub. Pakistan üçün istehsal edilən ikinci MİLGEM gəmisi və A400M hərbi təyyarəsi də istifadəyə verilib.
 
Oksana
OXŞAR XƏBƏRLƏR