4 təşkilat məişət zorakılığı əleyhinə vacib layihəyə başladı

4 təşkilat məişət zorakılığı əleyhinə vacib layihəyə başladı
SOSİAL
21:08 03.03.2023
151
Azərbaycan Uşaqları İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə 1 mart 2023-cü il tarixdən "Regionlarda gender əsaslı zorakılıq və məişət zorakılığı əleyhinə mübarizə sahəsində təşəbbüs qruplarının yaradılması” layihəsinə başlayıb.
 
Layihə "Çevik Ekspertlər Qrupu” Koalisiyasının birgə fəaliyyəti əsasında icra olunacaq. Layihənin icrasında iştirak edən tərəfdaş təşkilatların adları aşağıdakılardır:
 
”Təmiz Dünya” Qadınlara Yardım İctimai Bilriyi
 "Gəncə Regional Qadın Mərkəzi” İctimai Birliyi
”İslahatçı Qadınlar və İnnovasiyalar” İctimai Biliryi
”Vətəndaş” Tədqiqat və İnkişaf İctimai Biliryi

Layihənin fəaliyyət istiqamətləri, görüləcək işlərin bölgüsü ilə bağlı 03 mart 2023-cü il tarixdə ”Çevik Ekspertlər Qrupu” koalisiya üzvlərinin iştirakı ilə ilk görüş keçirilmişdir.

Layihənin əsas məqsədi Neftçala, Biləsuvar, Fizuli şəhərlərində gender əsaslı zorakılığın (məişət zorakılığı daxil olmaqla) vəziyyətinin analizi hesabatının hazırlanması, gender əsaslı zorakılığın  hər forması ilə mübarizə metodları haqqında  maarifləndirmə kampaniyasının təşkili və  qərarverici qurumların da cəlb edilməsi ilə gender əsaslı zorakılıqla (məişət zorakılığı ) mübarizəni əhatə edən ictimai vəkillik fəaliyyətlərinin təşkil edilməsidir.Məqsədə çatmaq üçün layihənin ilk vəzifəsi əsasən qeyd olunan regionları əhatə etməklə vəziyyətin analiz hesabatının hazırlanmasıdır. Layihə zamanı hər regionda 25 nəfər olmaqla 3 günlük təlim təşkil ediləcəkdir. Təlimə məişət zorakılığı ilə mübarizə sahəsində çalışan QHT-nümayəndələri, dövlət qurumlarının  təmsilçiləri, fəal gənclər və ictimai fəallar cəlb ediləcəklər. Maarifləndirmə komponenti üzrə İctimai TV efirində1 veriliş, LAFTV və PRAYMTV İnternet Tv-lərdə 2 veriliş və ASAN radio efirində 6 veriliş hazırlanacaqdır. Eyni zamanda gender əsaslı və ya məişət zorakılığı ilə bağlı müdafiə mexanizimini əyani izah edən sosial çarx hazırlanacaq.  

Layihənin başlıca vəsifəsi olaraq 3 regionda gender zəminində zorakılıqla mübarizə aparacaq təşəbbüs qruplarının yaradılması olacaqdır. Bu təşəbbüs qrupları Çevik Ekspertlər Qrupunun (ÇEQ) fəaliyyət modelinə uyğunlaşdırılacaq və  gender zəminində zorakılıq , məişət zorakılığı ilə bağlı davamlı və sistematik fəaliyyət göstərəcəkdir. Layihənin sonunda Bakı şəhərində hər regiondan 3 nəfər regional təşəbbüs qrupunun üzvünün, Çevik Ekspertlər Qrupunun üzvləri, aidiyyatı dövlət qurumları,millət vəkilləri və KİV nümayəndələrinin iştirakı ilə konfrans təşkil ediləcək, gender əsaslı zorakılığa həsr olunmuş araşdırmanın nəticələri kitabça şəklində təlimlərdə iştirak edən iştirakçılara və digər konfrans iştirakçılarına təqdim olunacaq, layihə çərçivəsində hazırlanmış sosial çarx iştirakçılara və media nümayəndələrinin diqqətinə çatdırılacaqdır. Layihənin  icra müddəti 4 aydır. 01 mart 2023-cü il tarixdə başlanmış  layihə 01 iyul 2023-cü il tarixdə yekunlaşacaq.
 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Polşa İrana qoşun göndərməyəcək
16:59 17.03.2026
Polşa İrana qoşun göndərməyəcək
Marketdə soyğunçuluq edən iki nəfər saxlanıldı
16:49 17.03.2026
Marketdə soyğunçuluq edən iki nəfər saxlanıldı
Yevlax 2027-ci il üçün Azərbaycanın "İdman Paytaxtı" seçilib
16:39 17.03.2026
Yevlax 2027-ci il üçün Azərbaycanın "İdman Paytaxtı" seçilib
Nərimanovda 2, 3, 4 otaq, premium təmirli mənzillərin satışı davam edir - "Kristal!"
16:34 17.03.2026
Nərimanovda 2, 3, 4 otaq, premium təmirli mənzillərin satışı davam edir - "Kristal!"
Ekspert: Hörmüz boğazının bağlanması enerji bazarını sarsıda bilər
16:20 17.03.2026
Ekspert: Hörmüz boğazının bağlanması enerji bazarını sarsıda bilər
Misirdə azərbaycanlı tədqiqatçı-alim “Peyğəmbərin Möhürü” ordeni ilə təltif olundu
16:16 17.03.2026
Misirdə azərbaycanlı tədqiqatçı-alim “Peyğəmbərin Möhürü” ordeni ilə təltif olundu
"Müəllimin şagirdi sinif yoldaşlarının yanında alçaltması ciddi psixoloji təsir yaradır" - Ekspert
16:12 17.03.2026
"Müəllimin şagirdi sinif yoldaşlarının yanında alçaltması ciddi psixoloji təsir yaradır" - Ekspert
İranda casusluq əməliyyatı: 55 nəfər saxlanıldı
16:00 17.03.2026
İranda casusluq əməliyyatı: 55 nəfər saxlanıldı
Uşağa qarşı fiziki zorakılıq edən valideyn və müəllim 200 manatadək cərimələnəcək
15:54 17.03.2026
Uşağa qarşı fiziki zorakılıq edən valideyn və müəllim 200 manatadək cərimələnəcək
Azercell MWC 2026-da gender inklüzivliyi və sosial təsir təşəbbüslərini təqdim etdi - FOTOLAR
15:49 17.03.2026
Azercell MWC 2026-da gender inklüzivliyi və sosial təsir təşəbbüslərini təqdim etdi - FOTOLAR
Deputat valideynin cəzalandırılmasını nəzərdə tutan qanunun əleyhinə çıxdı
15:41 17.03.2026
Deputat valideynin cəzalandırılmasını nəzərdə tutan qanunun əleyhinə çıxdı
Yük avtomobillərindən oğurluq edən şəxs saxlanıldı
15:12 17.03.2026
Yük avtomobillərindən oğurluq edən şəxs saxlanıldı
"Mayak Residence" baharın gəlişi münasibətilə reklam çarxını təqdim etdi - VİDEO
15:02 17.03.2026
"Mayak Residence" baharın gəlişi münasibətilə reklam çarxını təqdim etdi - VİDEO
Tələbələr üçün “Sənin karyera yolun: öz təsirini yarat” mövzusunda təlim keçirildi
14:50 17.03.2026
Tələbələr üçün “Sənin karyera yolun: öz təsirini yarat” mövzusunda təlim keçirildi
Bu görüntüləri yayanları ağır cəza gözləyir
14:44 17.03.2026
Bu görüntüləri yayanları ağır cəza gözləyir
Sürət qatarına daş atan daha 4 yeniyetmə müəyyən edildi
14:41 17.03.2026
Sürət qatarına daş atan daha 4 yeniyetmə müəyyən edildi