4 uşaq anası "TikTok"da tanış olduğu 15 yaşlı oğlanla qaçdı

4 uşaq anası "TikTok"da tanış olduğu 15 yaşlı oğlanla qaçdı
DÜNYA
14:18 17.11.2022
629
4 uşaq anası 15 yaşlı oğlanla qaçdı
 
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, 23 yaşlı 4 uşaq anası Gülizar Akbulut "TikTok"da tanış olduğu 15 yaşlı Şahinin yanına qaçıb.
 
Esra Erolun proqramına müraciət edən həyat yoldaşı Həsən həyat yoldaşının evdən qaçdığını bildirib: "Qəza keçirdim və bir müddət xəstəxanalarda qaldım. Bu müddətdə həyat yoldaşım uşaqlarımı qoyub evdən qaçdı. Ana da 6 aylıq körpəsini evdə tək qoyub sevgilisinin yanına gedər?" deyə üsyan edib.
 
Bu iddialardan sonra canlı yayıma çıxan Gülizar 15 yaşlı Şahinin həyat yoldaşından yaxşı olduğunu bildirib: "Evdə ərimdən yaxşıdır. Onunla "TikTok"da tanış olmuşuq..
 
Canlı yayıma qoşulan 15 yaşlı Şahinin atası Gülizar Akbulutun yanlarında olduğunu və istəsələr imam nikahı edə biləcəklərini deyib.
 
Günel
OXŞAR XƏBƏRLƏR