Facebook sosial şəbəkəsi 1968-ci ildə törədilmiş cinayətin açılmasında yardımçı olub.
45 il əvvəl ABŞ-ın Nyu-York ştatında avtomobillə 4 yaşlıKerolinivurub qaçan kişinin kimliyi məlum olub. 62 yaşlıOsveqo Duqlas Parkherstörətdiyi cinayəti boynuna alıb. Kerolinin öldüyü gün Osveqo Duqlas Parkhers avtomobili sərxoş vəziyyətdə idarə edirmiş. O, yolu keçən qızı görməyib və maşınla vurub. Polis uzun illər cinayətkarı axtarsa da, uğur qazana bilməyib. 2012-ci ildə həmin hadisə ilə bağlı yeni məlumatlar əldə olunub. Təqaüdə çıxan polis leytenantıFulton Ras Consonöz Facebook profilində bir zamanlar təhqiqatını apardığı həmin işin fotolarını yayıb. Bundan sonra Duqlas Parkhersin keçmiş qonşusu olan qadın Consonla əlaqə saxlayıb və deyib ki, hadisədən sonra Duqlas Parkhersin ailəsi ona müraciət edib və xahiş edib ki, polis soruşsa, həmin gecə Duqlasın onunla olduğunu desin. Həmin qadının sözlərindən sonra polis Duqlas Parkhersi istintaqa çağırıb. Duqlas deyib ki, həmin vaxt heyvan vurduğunu düşünüb. Nyu-York qanunlarına əsasən, iddia müddətinin keçməsi səbəbindən Duqlas Parkhers barəsində cinayət işi açılmayacaq.
Milli.az