40-a yaxın şəxs hovuzda xlordan zəhərləndi

40-a yaxın şəxs hovuzda xlordan zəhərləndi
DÜNYA
15:41 03.08.2019
6810

Çinin paytaxtı Pekində hovuza xlor sızması nəticəsində azı 38 nəfər xəstəxanaya yerləşdirilib.

AZXEBER.COM trend-ə istinadən xəbər verir ki, hovuzda olanlar ürək bulanması və baş gicəllənməsi hiss ediblər.

Nəticədə onlar xəstəxanaya yerləşdirilib və həmin şəxslərin xlordan zəhərləndikləri məlum olub.

Qeyd olunur ki, hovuz sınaq rejimində fəaliyyətə başlayıb. Hadisənin təfərrüatları ilə bağlı araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR