DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan AZXEBER.COM-a bildirilib ki, polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə ağacları kəsməkdə şübhəli bilinən kənd sakini, 30 yaşlı Pərvin Salamov saxlanılıb.
Faktla bağlı Oğuz Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.











































