40 gənc arxeoloji qazıntılara başladı

GƏNCLİK
11:57 27.07.2012
1383
“İRƏLİ” Tarix Mərkəzinin ənənəvi “Arxeoloji düşərgə 3” layihəsinə bu il də davam edəcək. Avqust ayından etibarən layihə iştirakçıları Gəncə və Ağsu şəhərləri ərazilərində aparılan arxeoloji qazıntılarda iştirak edəcəklər. Ümumilikdə 20 gün davam edəcək və 40 nəfər gəncin iştirak edəcəyi düşərgələrdə arxeoloji qazıntı işlərinə cəlb olunacaqlar. Qeyd edək ki, “Arxeoloji düşərgə” layihəsi 2009-cu ildən həyata keçirilir. Layihənin başlıca məqsədi arxeoloji düşərgələr təşkil etməklə, Azərbaycanın tarixi yerlərini tədqiq edərək öyrənmək, arxeologiya elminə gənclər arasında maraq oyatmaq, gənclərin asudə vaxtlarını səmərəli təşkil etməkdir. 2009-cu ildə Ordubad, Goranboy və Ağcabədi, 2011-ci ildə Qəbələ və Şəmkir rayonlarında aparılan arxeoloji qazıntılarda ümumilikdə 100 nəfər gənc iştirak edib.

OXŞAR XƏBƏRLƏR