"40 ildir sözdə senzura istəyirsiniz, amma bu əməldə lazımdır" - Zaur sənətkarlara səsləndi

"40 ildir sözdə senzura istəyirsiniz, amma bu əməldə lazımdır" - Zaur sənətkarlara səsləndi
MAQAZİN
12:34 04.10.2024
270
Aparıcı Zaur Nəbioğlu televiziya verilişləri haqda deyilən fikirlərə münasibət bildirib.
 
AZXEBER.COM xəbər verir ki, o bu haqda aparıcısı olduğu "Rəngarəng" verilişində danışıb.
 
O, efirlərdə senzura olmasını tələb edən sənətkarlara səslənib:
 
"Bu gün verilişləri bəyənmirsinizsə bunun günahkarı estradada Aygün Kazımova, Röya, Faiq Ağayev, Tünzalə, Zülfiyyə Xanbabayevadır. Çünki onlar işlərinin peşəkarlarıdırlar. Muğamı bura çox qata bilməyəcəyəm. O peşəkarlar efirə çıxmayanda məcbur olurlar ki, açıb "youtube"da baxsınar, kim çox izlənir, bəyənilir, onları çağırsınlar. Özəl televiziyalar Dövlət Televiziyası kimi deyil, çünki o özü-özünü maliyyələşdirir. Nə vaxt sənətkarlar hamısı birləşdi dedi ki, belə mahnıları efirdə verməyin, amma biz verdik? O zaman bizi qınayarsınız. 40 ildir sözdə deyilir ki, senzura olsun. Amma mənə sözdə yox, əməldə lazımdır". 
 
Aysel
 

OXŞAR XƏBƏRLƏR