40 illik arvadını çəkiclə öldürən kişi: “ Heç peşman deyiləm”

40 illik arvadını çəkiclə öldürən kişi: “ Heç peşman deyiləm”
11:46 02.05.2018
4016
 
Kişi 40 illik arvadını öldürdü 

AZXEBER.COM Türkiyə mediasına istinadən bildirir ki, sözügedən hadisə Türkiyənin Çorum şəhərində baş verib. Belə ki, 64 yaşlı Ali B. 40 illik həyat yoldaşı Hanife B. ilə mübahisə edib.
 
Mübahisə zamanı əsəblərinə hakim ola bilməyən Ali B. arvadının başına çəkiclə vuraraq, qətlə yetirib. Ali B-nın səhər saatlarında polisə təslim olması nəticəsində faktla bağlı cinayət işi açılıb.
 
64 yaşlı Ali B. həbsxanaya aparılarkən jurnalistlərin "arvadınızı niyə öldürdünüz, peşmasınız?” sualına "Heç peşman deyiləm” deyə cavan verib.
 
Qeyd edək ki, Ali B və Hanife B cütlüyünün 4 uşağı var.
OXŞAR XƏBƏRLƏR