"Fulhem" klubunun təcrübəli hücumçusu Dimitar Berbatov maraqlı açıqlamaları ilə diqqət çəkib.
AZXEBER.COM-un məlumatına görə, bolqarıstanlı futbolçu 40 yaşınadək futbol oynamaq istədiyini bildirib:
"Bir qapıçı, Rayan Qiqqz və ya Paulo Maldini deyiləm. Ancaq 40 yaşınadək futbol oynamaq istəyirəm. Çünki İngiltərə futbolunu çox sevirəm. Son klubumun hansı olacağını deyə bilmərəm. Ancaq milli komandaya qayıtmayacağam. Çünki mənim vaxtım artıq keçib".
Qeyd edək ki, mövsümün əvvəlində "Mançester Yunayted"dən "Fulhem"ə transfer olunan 31 yaşlı futbolçuyeni komandasındakeçirdiyi 5 oyunda 3 qola imza atıb.