Zaman çox tez irəliləyir. Nələrisə etməyə başlayanda birdə baxırıq ki, həmin prosesə başladığımız vaxtın üzərindən 5, 10 il keçib.
AZXEBER.COM xəbər verir ki, bu barədə türkiyəli psixoloq Beyhan Budak öz "youtube" kanalında video paylaşıb.
O, izləyicilərinə 20 yaşlarından etibarən nə etmək lazım olduğu ilə bağlı məsləhət verib:
"Yolun başında bəzi istedadlarımızı kəşf etmək illər sonra daha rahat həyat yaşamağımıza səbəb olacaq. Ən təməl ehtiyaclardan biri yanında 1 nəfər belə olsa səmimi dostunun olmasıdır. Bunu tez yaşda etməyimiz ona görə məsləhət görülür ki, insan yaş aldıqca səmimilik getdikcə azalır.
Hər situasiyada yanımızda olan, bəzən dəlilik edəcəyimiz, bəzən isə dərin söhbətlər edəcəyimiz birinin olması çox önəmlidir. Yalnız qalmamaq lazımdır. Bəzən tək olarak daha xoşbəxt hiss etsəniz belə insanın insana ehtiyacı olur.
40 yaşlarına qədər edəcəyiniz fəaliyyətlərdən biri də tək səyahət etməkdir. Bəzən gənc dostlarımdan soruşuram ki, tək başına və ya dostlarınla İstanbulu gəzdin mi heç? Cavab isə "xeyr” olur. Fikrimcə, İstanbul gəzməyə və kəşf etməyə dəyər bir şəhərdir. Bir tək İstanbul deyil, gəzməyə dəyər başqa şəhərlərə getməyə cəhd etməlisən. Evlənəndə də bunları edə bilərsən, amma tək başına etməyin dadına mütləq şəkildə baxmalısan.
Sevəcəyin bir idman növü tap və o idmanla mütəmadi məşğul ol. Piyada gəzmək ola bilər. Bunu evinin bağçası kimi təsəvvür et. Çünki 40 yaşlarında bununla məşğul olmaq o qədər də asan olmaya bilər. Bu idman mütləq idman zalında olmaq məcburiyyətində deyil. Masa üstü tennis və başqa yüngül idmanlarla da məşğul ola bilərsən.
Əgər siqaret çəkirsənsə, gələcək yaşlara qədər bunu tərgizməyin məsləhət görülür. Çünki illərlə edilən vərdiş kimi 40 yaşlarında bunu etmək xeyli çətinləşəcək. Tərgizmək çox əmək tələb edir, lakin əmin olun ki, buna dəyəcək.
O yaşlara çatana kimi öyrənəcəyimiz şeylərdən biri də istəməkdir. İstəmək mövzusunda problem yaşayan bir millətik. Sevgi, qayğı, eşq istəyirik. Amma bunu qarşı tərəfə bildirmədən içdən istəyirik. Əgər biz deməsək, insanlar bizim nəyə ehtiyacımız olduğunu anlamayacaqlar. Geridə durmaq, çəkinmək bizə heç nə qazandırmır. Bəzən qarşı tərəfin anlamasını gözləyirik, ancaq onlar bunu sən deməsən anlamazlar. Əgər bir şeyə layiq olduğunuzu düşünürsünüzsə, onu tələb edin. İstəmək eyib deyil.
Kommunikasiya qurmağı öyrən. İnsanlara fikirlərini ifadə etməyi bacar. Aqressiya yaratmaq, üz asmaq əvəzinə hislərini olduğu kimi ifadə etməlisən. Bəlkə də qarşı tərəf anlamayacaq, amma ən azından ortada qeyri-müəyyən bir şey qalmayacaq.
Araşdırmalardan da məlum olub ki, açıq kommunikasiya qurmağı bacaran insanlar sonradan daha az üzülən tərəf olurlar.
Rədd olunma qorxusu ən böyük qorxumuzdur. Rədd olunanda dünya başımıza yıxılırmış kimi hiss edirik. Bəzi insanlar hər nə qədər yaxşı insan da olsan, səni sevməzlər. Bəzi insanlar istəyin hər nə qədər yaxşı olsa da, onu bəyənməzlər. Ona görə də rədd olunmağı şəxsi olaraq qəbul etməməyi öyrənin. Çünki gələcək yaşlarda da bunu qəbul etməməyiniz sizə psixoloji olaraq yaxşı təsir etməyəcək”.
Oksana