Dağıstanın Qarabudaq rayonunda 40 yaşlı mədrəsə müəllimi Məhəmməd Biyarslanov öldürülüb.AZXEBER.COM-un İTAR-TASS-a istinadən verdiyi məlumata görə, müəllimin meyiti ötən axşam öz evində aşkarlanıb. Naməlum şəxslərin Məhəmməd Biyarslanova tapançadan 8 dəfə atəş açdığı ehtimal olunur.Qətllə bağlı cinayət işi başlanıb, araşdırma aparılır.