Rusiya Ukraynaya qarşı müharibə aparmaq üçün öz ərazilərində ehtiyat toplamaqda davam edirlər.
AZXEBER.COM Ukrayna mediasına istinadə xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrin Baş Qərargahı məlumat yayıb.
Silahlı Qüvvələrin məlumatına görə, hazırda suriyalı muzdlular formalaşdırılır və onlar mükafat müqabilində rus komandirlərinin əmrlərini yerinə yetirməyə hazırdırlar.
Məlumata görə, son günlər mindən çox adamın cəlb olunduğu Suriyada muzdluların toplanması mərkəzləri açılıb və artıq 400-ə yaxın insan Rusiyaya gəlib.
Onların yerləşdirilməsi və təlim keçməsi üçün Rostov (Rusiya) və Qomel (Belarus) vilayətlərində Ukrayna sərhədi yaxınlığında düşərgələr yaradılıb.
Xatırladaq ki, bundan əvvəl Rusiya Federasiyası Suriyada muzdluların toplanması üçün 14 mərkəz açıb və Liviyadan döyüşçülər hazırlayır.
"Rusiya əcnəbi muzdlulara aylıq 300 dollardan 600 dollara qədər maaş verəcək”, - Ukrayna kəşfiyyatı bildirib.