Ərdoğandan Azərbaycan mediasına açıqlama: "Suriyadakı münaqişənin siyasi yolla həll edilməsi üçün çalışacağıq"

Ərdoğandan Azərbaycan mediasına açıqlama: "Suriyadakı münaqişənin siyasi yolla həll edilməsi üçün çalışacağıq"
SİYASƏT
13:30 30.10.2017
1002
"İraqın siyasi birliyi və ərazi bütövlüyünün qorunmasına böyük əhəmiyyət veririk. Şimali İraqda baş verən hadisələr sadəcə kürdləri deyil, eyni zamanda ərəbələri, türkmanları və digər qrupları yaxından maraqlandırır. Yaddan çıxarmayaq ki, İraq təklikdə kürd, ərəb və ya türkman dövləti olmadığı kimi, Kərkük və Mosul da təklikdə kürdlərin məskəni deyil".

APA-nın məlumatına görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan APA, "Trend" və "Azərtac"a müsahibəsində deyib.

Onun sözlərinə görə, İraq Kürdüstanı Regional Hakimiyyəti keçirdiyi qondarma referendumla beynəlxalq hüququ və İraq konstitusiyasını pozub: "Təəssüf ki, Kürdüstan Regional Hakimiyyəti bizim və beynəlxalq ictimaiyyətin bütün xəbərdarlıqlarına baxmayaraq, qondarma referendum keçirmək yolunu seçdi. Bu yolla yalnız İraqın deyil, bütün regionda sülh və sabitliyi təhlükəyə atdı. Keçən dövr ərzində verdikləri bəyanatlar tədricən də olsa, səhvlərini başa düşdüklərini göstərir. Ən qısa müddətdə gözləntilərə cavab verəcək addımlar atmalarını istərdik.

İraq ərazisindəki PKK-nın mövcudluğuna son qoyulması kontekstində İraq hökuməti ilə hər cür əməkdaşlığa hazırıq. Kərkükdə ictimai asayiş və sülhü pozmağa cəhd edə biləcək PKK terror təşkilatının bu regionda sığınacaq tapmasına vasitəçi olanlar buna görə bizim tərəfimizdən cavabdeh hesab olunacaqlar. İraq hökumətinin Kərkükü geri almasını, eləcə də PKK terror təşkilatının hərəkətlərinə göz yumulmayacağı, bunların səfərbər edilməsinin müharibə elan olunması kimi qəbul ediləcəyinə dair bəyanatını razılıqla qarşıladıq. 

Türkiyə ölkədə daimi sülh və sabitliyin təmin olunması məqsədilə atacağı addımlarda İraq hökumətinin yanında olacaq".

Ərdoğan qeyd edib ki, Türkiyənin Suriyada münaqişəyə yalnız siyasi həll yolu ilə son qoyulacağına inamı dəyişməzdir: "İstər Astana görüşü, istərsə Cenevrə görüşləri ilə Suriyada inkişaf etdirilməyə çalışılan siyasi keçid prosesinə olan güclü dəstəyimiz də davam edəcək.

İdlip-münaqişəsiz bölgə ilə bağlı müzakirə prosesində biz müxalifətin zəmanətçisi qismində razılıq əldə olunmasında müəyyənedici rol oynadıq. Bu zaman bölgədəki müxətlif qrupların məsələyə yanaşma tərzi və rəylərini də nəzərə almağa səy göstərdik.

Atəşkəsin davam etməsinə nail olmaq məqsədi ilə İdlib istiqamətində əməliyyat həyata keçirdik. Bu əməliyyatla, Fərat Qalxanı Əməliyyatı ilə özümüzə bölgəmizdə yaratdığımız sahəni İdlibin təhlükəsizliyini təmin etməyə dair yeni addımla daha da inkişaf etdirdik. Bu yolla təhlükəsizliyimizi təhdid edənlərə qarşı hər cür tədbir görə biləcəyimizi nümayiş etdirdik. Cənub sərhədimizdə terror dəhlizi yaradılmasına qətiyyən imkan verməyəcəyik. Suriyadakı münaqişənin siyasi yolla həll edilməsi üçün əlimizdən gələni etməyə davam edəcəyik".
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bu gün Od çərşənbəsidir
00:04 03.03.2026
Bu gün Od çərşənbəsidir
Buraxılış imtahanı qabağı şəxsiyyət vəsiqəsini dəyişən abituriyentlərə XƏBƏRDARLIQ - VİDEO
23:58 02.03.2026
Buraxılış imtahanı qabağı şəxsiyyət vəsiqəsini dəyişən abituriyentlərə XƏBƏRDARLIQ - VİDEO
Qazaxıstan XİN vətəndaşlarının təxliyəsində göstərdiyi köməyə görə Azərbaycana təşəkkür edib
23:50 02.03.2026
Qazaxıstan XİN vətəndaşlarının təxliyəsində göstərdiyi köməyə görə Azərbaycana təşəkkür edib
Hörmüz boğazında tanker yanır
23:40 02.03.2026
Hörmüz boğazında tanker yanır
Bakıda yaradılacaq hibrid yaşıl dəhlizlər nədir? - VİDEO
23:26 02.03.2026
Bakıda yaradılacaq hibrid yaşıl dəhlizlər nədir? - VİDEO
İran Nətənzdəki nüvə obyektlərinin vurulduğunu açıqladı
23:21 02.03.2026
İran Nətənzdəki nüvə obyektlərinin vurulduğunu açıqladı
Azərbaycan seçmə mərhələdə Şimali Makedoniyaya uduzdu
23:13 02.03.2026
Azərbaycan seçmə mərhələdə Şimali Makedoniyaya uduzdu
Avtomobil nömrəsini gizlətmək üçün qurğular alanları hansı cəza gözləyir? - VİDEO
22:57 02.03.2026
Avtomobil nömrəsini gizlətmək üçün qurğular alanları hansı cəza gözləyir? - VİDEO
Yayılan xəbərlərdən sonra İranla bağlı çıxış etdi
22:46 02.03.2026
Yayılan xəbərlərdən sonra İranla bağlı çıxış etdi
Sumqayıtda "ölüm növbəsi" gözləyən bina: "Dedilər ki, mümkün deyil, dağılacaq" - VİDEO
22:35 02.03.2026
Sumqayıtda "ölüm növbəsi" gözləyən bina: "Dedilər ki, mümkün deyil, dağılacaq" - VİDEO
Rusiya baş nazirinin müavini Azərbaycana təşəkkür etdi
22:28 02.03.2026
Rusiya baş nazirinin müavini Azərbaycana təşəkkür etdi
Son iki saatda İrandan Azərbaycana 10 nəfər təxliyə edilib
22:15 02.03.2026
Son iki saatda İrandan Azərbaycana 10 nəfər təxliyə edilib
ABŞ İrana hücumlarda ilk dəfə yeni "PrSM" raketindən istifadə edib
22:07 02.03.2026
ABŞ İrana hücumlarda ilk dəfə yeni "PrSM" raketindən istifadə edib
Ballistik raketlər işə düşdü: Tehran əməliyyatın yeni mərhələsini elan etdi
21:54 02.03.2026
Ballistik raketlər işə düşdü: Tehran əməliyyatın yeni mərhələsini elan etdi
Həzi Aslanov stansiyasında işlər nə vaxt yekunlaşacaq? - VİDEO
21:43 02.03.2026
Həzi Aslanov stansiyasında işlər nə vaxt yekunlaşacaq? - VİDEO
Yaponiya səfirliyinin fəaliyyətinin dayandırılması ilə bağlı xəbər təkzib edilib
21:34 02.03.2026
Yaponiya səfirliyinin fəaliyyətinin dayandırılması ilə bağlı xəbər təkzib edilib