Kriptovalyutalarla bağlı paylaşımları ilə tanınan, lüks avtomobilləri ilə sosial mediada sərvətini hər kəsə göstərən 41 yaşlı fenomen vəhşicəsinə qətlə yetirilib.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, fenomenin cəsədi Argentinanın paytaxtı Buenos-Ayresdə çayda tapılıb.
Ərazidə oynayan uşaqların diqqətini çəkən çamadanı yoxlayan polis çamadanda bir qol və iki ayaq tapıb.
Ərazidə araşdırmalarını dərinləşdirən polis talehsiz kişinin başını, gövdəsini və digər qolunu çayın yaxınlığında tapıb. Yarılmada həmin şəxsin 3 güllə yarası aldığı, daha sonra cəsədinin hissələrə bölündüyü məlum olub. Ekspertlər bu qətlin "peşəkar” tərəfindən törədildiyinə diqqət çəkiblər.
Ötən həftə çərşənbə axşamından itkin düşən 41 yaşlı Alqabanın kimliyi də onun barmaq izlərindən və döymələrindən müəyyən edilib.
Qeyd edək ki, İnstaqramda 900 mindən çox izləyicisi olan Alqaba uşaqlıqdan işlədiyini deyərək sərvətini tamamilə təkbaşına qazandığını bildirib.
Mikayıl