Braziliyada 71 qətldə təqsirli bilinən və 42 il həbsdə yatdıqdan sonra 2017-ci ildə azadlığa çıxan "Kiçik Qatil Pedro” ləqəbli məşhur seriyalı qatil Pedro Rodriqes Filyo güllələnib.
AZXEBER.COM Qərb mediasına istinadən xəbər verir ki, "Metropoles” qəzeti ölkənin ən məşhur serial qatillərindən biri hesab edilən 68 yaşlı Filhonun dünən öldürüldüyünü bildirib.
İki silahlı şəxs San-Paulu əyalətinin Mogi das Kruzes şəhərindəki evinin qarşısında portuqalca "Pedrinho Matador" və ya "Kiçik Qatil Pedro" kimi tanınan Filyoya dəfələrlə atəş açıb.
İlk dəfə 1973-cü ildə həbs edilən və 2007-ci ildə həbsdən çıxan Filho, daha sonra daha iki müddətə azadlıqdan məhrum edilib. Filho 71 qətldə təqsirli bilinib və ümumilikdə 42 il həbs cəzası çəkdikdən sonra 2017-ci ildə azad edilib.
Filho öz atası da daxil olmaqla sağlığında 100-dən çox insanı öldürdüyünü iddia edib.
İstintaqı davam etdirən səlahiyyətlilər Filhonun qətlinin qisas məqsədi ilə törədilən cinayət ola biləcəyindən şübhələnirlər.
Mikayıl