42 ildir axtarışda olan şəxs həbs edildi

42 ildir axtarışda olan şəxs həbs edildi
DÜNYA
11:41 05.12.2023
185
Türkiyənin Van şəhərində 42 ildir axatışda olan şəxs  həbs edilib. 

AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, Van Polis Şöbəsindən verilən açıqlamada, polis qrupları ictimai əsayişin təmin edilməsi məqsədilə cinayət və cinayətkarlarla mübarizə çərçivəsində axtarışda olan şəxslərin tutulması və məsuliyyətə cəlb edilməsi istiqamətində işlərə başlandığını bildirilib. 

Bu işlər çərçivəsində 3 dekabr 2023-cü il tarixində İpəkyolu mahalında aparılan işlərdə "Məhkumun və məhbusun qaçması”, "Binada saxlanılan əşyaların oğurlanması” cinayətləri ilə axtarışda olan və ümumilikdə 42 il müddətinə azadlıqdan məhrum edilmiş şəxs barəsində lazımi araşdırmalar aparılıb və  tutularaq istintaqa təhvil verilib. 

Oksana
OXŞAR XƏBƏRLƏR