42 nəfər sürüşüb yıxıldı - 38-i xəstəxanaya yerləşdirildi

42 nəfər sürüşüb yıxıldı - 38-i xəstəxanaya yerləşdirildi
SOSİAL
10:53 02.02.2017
850

 

Fevralın 2-də qarda yıxılaraq xəsarət alanlarla bağlı müraciətlərin sayında artım müşahidə edilib.

Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Rauf Nağıyev bildirilib ki, dünən və bu gün ərzində ümumilikdə 42 nəfər qarda sürüşərək xəsarət alıb.

R.Nağıyev deyib ki, onlardan 38 nəfəri xəstəxanaya yerləşdirilib: " Travmalar yenə də əsasən aşağı və yuxarı ətrafların zədələnmələri, çıxıqlar, bazu sümüyünün,  sağ biləyin  əzilməsi ilə bağlıdır”.

Baş həkim qeyd edib ki, bu gün son 1 saat ərzində 4 nəfər artıq bu travma ilə Təcili Tibbi Yardıma müraciət edib.

///Lent.az
OXŞAR XƏBƏRLƏR