44 günlük müharibədə dostlaşdı, qayıdıb gördü ki, Şuşada polis rəisidir... - FOTO

44 günlük müharibədə dostlaşdı, qayıdıb gördü ki, Şuşada polis rəisidir... - FOTO
SOSİAL
15:30 17.06.2021
2466
Türkiyənin TV100 kanalının reportyoru, ötən ilin payızında 44 günlük Qarabağ müharibəsi zamanı Azərbaycandan operativ reportajlar yayan Burak Ersemiz həmin günlərdə Goranboyda dostlaşdığı polis zabiti ilə prezident Rəcəb Tayyib Ərdoğanı Şuşaya səfərdə müşaiyət edərkən yenidən görüşüb. Məlum olub ki, reportyorun dostlaşdığı polis zabiti indi Şuşanın polis rəisidir.

Burak Ersemiz Ermənistan ordusunun cəbhəyanı yaşayış məntəqələrini, habelə Gəncəni bombalaması haqda xəbərləri, hadisə yerindən operativ kadrları dünyaya ilk çatdıran jurnalistlərdən olub. Virtualaz.org xəbər verir ki, TV100 kanalının başda Burak Ersemiz olmaqla  çəkiliş qrupu o cümlədən düşməndən azad edilən ərazilərə də ilk dəfə daxil olan KİV mənsubları idi və onlar Talış kəndindən, Cəbrayıldan və digər ərazilərdən reportajlar verirdilər.

Burak Ersemiz özünün sosial media hesabında yazıb ki, həmin müharibə günlərində Goranboyun Tap-Qaraqoyunlu kəndində əslən Şuşadan olan polis zabiti Samədlə (Saməd Məhərrəmov)  dostlaşıb. "44 günlük savaşda tanıdıq Saməti. İnanılmaz dərəcədə ürəkli idi. Tap Qaraqoyunluda logistika və təhlükəsizlik işlərinə cavabdehlik daşıyırdı. Qardaş kimi olduq. Şuşalıydı. İşğaldan sonra ailəsi ilə birlikdə torpaqlarını tərk etmək məcburiyyətində qalmışdı. Qarabağ azad olunanda birlikdə sevindik. Müharibədən sonra Şuşada xidmət etdiyini eşitmişdim. Bülent Kordemirci ilə Şuşaya çatar-çatmaz ilk qarşılaşdığım polisə onun fotosunu göstərdim. Baxdı və telefonla ona zəng vurdu. Dedi burada mətbuat işçiləri var, əllərində də sənin şəklin. Saməd həmin polisə "dərhal yanıma gətirin” deyib. Mindik polis maşınına, getdik polis mərkəzinə. Qapıda qarşıladı...qucaqlaşdıq. 14 yaşında ayrıldığı Şuşaya qovuşmuşdu. Gözləri doldu. İndi o, Şuşanın polis rəisidir. Bütün Şuşa ona əmanətdir. Samət qardaşımız da Allaha əmanət”,-türkiyəli telereportyor yazıb.

Bülent Ersemizin bu qeydlərini bir sıra Türkiyə nəşrləri geniş xəbərə çeviriblər və dərc ediblər.
 
///virtualaz.org
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bu gün Azərbaycanda Diplomatiya Günüdür
05:35 09.07.2025
Bu gün Azərbaycanda Diplomatiya Günüdür
Netanyahu: İsrail Qəzzada qarşına qoyduğu məqsədləri yerinə yetirmək niyyətindədir
02:21 09.07.2025
Netanyahu: İsrail Qəzzada qarşına qoyduğu məqsədləri yerinə yetirmək niyyətindədir
Ukraynanın ABŞ və bəzi ölkələrdəki səfirləri dəyişdiriləcək
01:15 09.07.2025
Ukraynanın ABŞ və bəzi ölkələrdəki səfirləri dəyişdiriləcək
Vətən müharibəsi iştirakçısının ölümünə həkim səhlənkarlığı səbəb olub? - VİDEO
23:52 08.07.2025
Vətən müharibəsi iştirakçısının ölümünə həkim səhlənkarlığı səbəb olub? - VİDEO
ABŞ Ukraynaya silah və hərbi texnika tədarükünü bərpa edib
23:36 08.07.2025
ABŞ Ukraynaya silah və hərbi texnika tədarükünü bərpa edib
"Şamaxı" braziliyalı futbolçu ilə müqavilə imzaladı
23:26 08.07.2025
"Şamaxı" braziliyalı futbolçu ilə müqavilə imzaladı
Çin hərbçiləri Almaniya təyyarəsinə lazer tuşladılar, iki ölkə arasında gərginlik yarandı
23:16 08.07.2025
Çin hərbçiləri Almaniya təyyarəsinə lazer tuşladılar, iki ölkə arasında gərginlik yarandı
ABŞ BRICS üzvlərinə 10 faizlik idxal rüsumu tətbiq edəcək
22:58 08.07.2025
ABŞ BRICS üzvlərinə 10 faizlik idxal rüsumu tətbiq edəcək
Gədəbəydə iki avtomobil toqquşub, xəsarət alanlar var
22:42 08.07.2025
Gədəbəydə iki avtomobil toqquşub, xəsarət alanlar var
Aşıq Əhliman insult keçirib
22:33 08.07.2025
Aşıq Əhliman insult keçirib
Türkiyədə saxlanılan bələdiyyə sədri həbs olundu
22:27 08.07.2025
Türkiyədə saxlanılan bələdiyyə sədri həbs olundu
Əraqçi: ABŞ nüvə sazişi üzrə danışıqlarda maraqlı olduğunu səmimi şəkildə göstərməlidir
22:19 08.07.2025
Əraqçi: ABŞ nüvə sazişi üzrə danışıqlarda maraqlı olduğunu səmimi şəkildə göstərməlidir
Marko Rubio Azərbaycan-Ermənistan sülh razılaşmasının tezliklə əldə olunacağına ümid edir
22:08 08.07.2025
Marko Rubio Azərbaycan-Ermənistan sülh razılaşmasının tezliklə əldə olunacağına ümid edir
Xalq artisti Röya Ayxandan nümunəvi addım – tanımadığı qıza əlil arabası hədiyyə etdi
21:54 08.07.2025
Xalq artisti Röya Ayxandan nümunəvi addım – tanımadığı qıza əlil arabası hədiyyə etdi
Tramp Rusiyaya qarşı yeni sanksiyaları nəzərdən keçirir
21:42 08.07.2025
Tramp Rusiyaya qarşı yeni sanksiyaları nəzərdən keçirir
Bakıda yerləşən bağçada nöqsanlar aşkarlandı
21:30 08.07.2025
Bakıda yerləşən bağçada nöqsanlar aşkarlandı