44 ildən sonra Yer kürəsində əhalinin sayı azalmağa başlayacaq

DÜNYA
09:05 15.07.2020
1522

Alimlərin proqnozlarına görə, 2100-cü ildə Yer kürəsində insanların sayı 8,8 milyard təşkil edəcək. Bu, BMT-nin eyni proqnozundan 2 milyard nəfər azdır.

"Lancet” nəşri yazır ki, mütəxəssislər 2064-cü ilə qədər planetimizin əhalisinin sayının 9,7 milyard nəfərə çatacağını gözləyilər. Lakin bundan sonra azalma başlayacaq.

Tədqiqatçıların fikrincə, azalmaya səbəb doğuş göstəricilərinin enməsi olacaq. Buna isə arzuolunmaz hamiləlikdən qoruyan vasitələrə əlyetərliyin artması və qadınların savad səviyyəsinin yüksəlməsi gətirib çıxaracaq.

2100-cü ildə əhalisinin sayına görə ilk beş ölkə aşağıdakı ardıcıllıqla düzüləcək: Hindistan, Nigeriya, Çin, ABŞ və Pakistan. Hər halda, alimlərin proqnozları belədir.

OXŞAR XƏBƏRLƏR

X Mostbet